Hörmətli Cənab Prezident İlham Əliyev,
Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva,
Əziz qazilərimiz, hörmətli veteranlar və bütün Azərbaycan xalqı!
Müqəddəs Qurban Bayramı münasibətilə Zati-alilərinizi və bütün Azərbaycan xalqını ürəkdən və səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, dövlətimizə isə sülh və rifah arzulayıram.
Qurban Bayramı — insanlıq, mərhəmət, fədakarlıq və paylaşmaq kimi ən yüksək mənəvi dəyərlərin təcəssümüdür. Bu müqəddəs günlər milli-mənəvi dəyərlərimizin qorunması və xalqımızın birliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, sağlamlıqlarını itirmiş qazilərimizə və veteranlarımıza sonsuz minnətdarlığımızı bildiririk. Onların fədakarlığı xalqımızın qürur mənbəyidir və gələcək nəsillər üçün örnəkdir.
Azərbaycan bu gün güclü və qüdrətli dövlət olaraq bölgədə və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir. Dövlətimizin inkişafı və xalqımızın rifahı naminə atılan addımlar daim dəstəklənir və xalq tərəfindən yüksək qiymətləndirilir.
Mən, Vaqif Məmmədov, həm öz adımdan, həm də Consul Otelin kollektivi adından bir daha bayram münasibətilə bütün xalqımızı, qazilərimizi və veteranlarımızı təbrik edir, hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzu edirəm.
Qurban Bayramınız mübarək olsun!
Hörmətlə,
Vaqif Məmmədov
Consul Otelin direktoru