Tural Hüseynov və “Şakir” MTK  Məsuliyyətli Tikinti və Etibarlı Rəhbərlik Nümunəsi

Tural Hüseynov və “Şakir” MTK Məsuliyyətli Tikinti və Etibarlı Rəhbərlik Nümunəsi

Tural Hüseynov və “Şakir” MTK – Məsuliyyətli Tikinti və Etibarlı Rəhbərlik Nümunəsi


Azərbaycanın tikinti sektorunda fərqlənən vətəndaş məmnuniyyətini əsas tutan müəssisələrdən biri də “Şakir” Mənzil-Tikinti Kooperatividir. Bu uğurlu layihənin arxasında duran əsas şəxs – Tural Hüseynov, müasir idarəçilik bacarığı, sosial məsuliyyətə önəm verən yanaşması və inkişaf strategiyası ilə seçilir.


Tural Hüseynov gənc yaşlarından etibarən özünü məsuliyyətli və işinə bağlı bir rəhbər kimi göstərmiş, atasından miras qalan bu tikinti fəaliyyətini daha da inkişaf etdirərək, “Şakir” MTK-nı regionda etibarlı bir ad halına gətirmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələrdə keyfiyyət, vaxtında təhvil və vətəndaş rahatlığı ön planda tutulur. Hüseynov daim şəffaflıq, dürüstlük və qanunlara uyğun fəaliyyət prinsiplərinə sadiq qalaraq həm əməkdaşlarının, həm də müştərilərinin etimadını qazanmışdır.


“Şakir” MTK-nın inşa etdiyi yaşayış kompleksləri təkcə müasir memarlıq həlli ilə deyil, həm də rahatlığı, təhlükəsizliyi və şəhərsalma qaydalarına uyğunluğu ilə diqqət çəkir. Bu, Tural Hüseynovun hər bir layihəyə şəxsi nəzarəti və detallar üzərində yüksək həssaslıqla yanaşmasının nəticəsidir.


Onun rəhbərlik fəlsəfəsində əsas yer tutan amillərdən biri də sosial ədalət və cəmiyyət qarşısında məsuliyyətdir. O, daim cəmiyyətin inkişafı naminə töhfə verməyə çalışır və sosial layihələrə dəstək verməklə, sahibkarlığın yalnız iqtisadi deyil, sosial fayda daşımalı olduğuna inanır.


Tural Hüseynov – təkcə uğurlu bir sahibkar deyil, eyni zamanda yeni nəsil rəhbərlik modelini təmsil edən, dəyərlərinə sadiq bir vizyon sahibidir. Onun əzmi, uzaqgörənliyi və xalqa xidmət prinsipi onu tikinti sahəsində örnək bir liderə çevirir.



Hazırladı kanal 1 -in Rəhbəri R.əliyev