Xəbərlər
Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Dovlet.Tv "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 7 radələrində Düz Cırdaxan kəndində baş verib.
Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026