"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) məlumat verilib.

Qeyd edək ki, "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar artıq məktəblərə göndərilib. Təlimatdan irəli gələn məsələlərlə bağlı məktəb rəhbərlikləri tərəfindən şagird, müəllim və valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılır.