Xəbərlər
Şəmkirdə ikiyaşlı uşaq zəhərlənərək dünyasını dəyişib.
Kanal1.Az "Report"a istinadən xəbər verir ki, Şəmkir rayonu Mahmudlu kəndində ikiyaşlı oğlan uşağı valideynlərinin nəzarətindən yayınaraq ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026