Xəbərlər
Salyanda yük maşınının altında qalan usta ölüb.
APA-nın xəbərinə görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan sakini, 1986-cı il təvəllüdlü Vüsal Seyidməmməd oğlu Sadıqov yük maşınını təmir edən zaman həmin avtomobili digər maşın vurub. Nəticədə təmir etdiyi avtomobil Vüsal Sadıqovun üstünə düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026