Rövşən Ramazanov tikinti sahəsində öz peşəkarlığı, yüksək memarlıq bacarığı və məsuliyyətli fəaliyyəti ilə seçilən dəyərli mütəxəssislərdəndir. O, çalışdığı bütün layihələrdə dəqiqliyi, zövqlü yanaşması və müasir memarlıq baxışları ilə hər zaman fərqlənməyi bacarmışdır. Rövşən müəllimin memarlıq sahəsində qazandığı uğurlar onun zəhmətsevərliyinin, işinə olan sevgisinin və böyük təcrübəsinin nəticəsidir.
Tikinti və memarlıq sahəsində həyata keçirdiyi layihələr insanların rahatlığına, şəhərlərin gözəlləşməsinə və müasir infrastrukturun inkişafına mühüm töhfə verir. O, hər bir layihəyə xüsusi diqqət və məsuliyyətlə yanaşaraq keyfiyyətin daim yüksək səviyyədə olmasına çalışır. Həm peşəkar kollektiv arasında, həm də onu tanıyan insanlar içərisində hörmət qazanan Rövşən Ramazanov səmimiyyəti və insanpərvərliyi ilə də seçilir.
Rövşən müəllim gənc memarlar üçün nümunə hesab olunan, daim yeniliklərə açıq və inkişaf yolunu seçən bir ziyalıdır. Onun memarlıq sahəsində gördüyü işlər ölkəmizin tikinti sektorunda xüsusi dəyərə malikdir. O, hər zaman dövlətinə və xalqına layiqli xidmət göstərməyi özünə əsas amal bilən şəxslərdəndir.
Belə peşəkar, bacarıqlı və vətənini sevən memarların fəaliyyəti cəmiyyət üçün böyük örnəkdir. Rövşən Ramazanova gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq.