2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından turnirin pley-off mərhələsinə yüksələn bütün 32 milli komanda müəyyənləşib.
1/16 finalın cütləri:
Almaniya - Paraqvay
Fransa - İsveç
Cənubi Afrika Respublikası - Kanada
Niderland - Mərakeş
Portuqaliya - Xorvatiya
İspaniya - Avstriya
ABŞ - Bosniya və Herseqovina
Belçika - Seneqal
Braziliya - Yaponiya
Kot-divuar - Norveç
Meksika - Ekvador
İngiltərə - Konqo Demokratik Respublikası
Argentina - Kabo-Verde
Avstraliya - Misir
İsveçrə - Əlcəzair
Kolumbiya - Qana
Dünya çempionatının pley-off mərhələsində komandalar 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Məğlub olan komandalar isə turnirlə vidalaşacaqlar.
Dünya çempionatının pley-off mərhələsi artıq bu gün start götürəcək. Turnirin ilk 1/16 final qarşılaşmasında Kanada millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.