Qızıldaş Bələdiyyəsinin Sədri

Qızıldaş Bələdiyyəsinin Sədri

QARADAĞ RAYONU QIZILDAŞ BƏLƏDİYYƏSİNİN SƏDRİ RÖVŞƏN ƏBDÜLBAĞİYEV – 8 NOYABR ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ MÖHTƏŞƏM TƏBRİK ÇIXIŞI ETDİ


Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü sadəcə bir təqvim tarixi deyil, əsrlərin həsrətinə son qoyan, xalqımızın milli qüruru və dövlətçilik iradəsinin təntənəsi olan unudulmaz gündür. Bu tarixi gün münasibətilə Qaradağ rayonunun Qızıldaş bələdiyyəsinin sədri, dəyərli rəhbər Rövşən Əbdülbağıyev, geniş məzmunlu, səmimi və qürurverici təbrik çıxışı ilə xalqımıza müraciət edib.


Rövşən Əbdülbağıyev ilk olaraq bu Zəfərin əsas memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, eləcə də ölkənin birinci xanımı, Birinci Vitse-prezident Mehriban Əliyevanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. O, qeyd edib ki, dövlət başçımızın apardığı düşünülmüş siyasət, əzmkar mövqe və dəmir iradə sayəsində 30 illik işğala son qoyulub, torpaqlarımız azad olunub və üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucalıb:


“Cənab Prezidentimizin ‘Qarabağ Azərbaycandır!’ şüarı ilə millətimizin iradəsini birləşdirməsi, xalq-ordu birliyinin simvoluna çevrilən ‘Dəmir yumruq’ çağırışı, yalnız tarixi qələbəmizin deyil, milli ruhumuzun yenidən dirçəlişinin təməli oldu. Bu gün dünyaya qalib xalq kimi səslənməyimiz, üçrəngli bayrağımızı Şuşada, Cəbrayılda, Laçında dalğalandırmağımız qürur mənbəyimizdir.”


Çıxışında şəhidlərimizin müqəddəs ruhunu xüsusi ehtiramla yad edən Rövşən Əbdülbağıyev onların Vətən uğrunda göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağını bildirib:

“Bu torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb. Onlar canları bahasına bu torpaqlara azadlıq, millətimizə qələbə gətirdilər. Qazilərimiz isə bu tarixi zəfərin canlı abidələridir. Biz, hər zaman şəhid ailələrinin, qazilərimizin yanında olmuşuq və olacağıq. Onların rifahı, qayğı ilə əhatə olunmaları bizim ən ümdə borcumuzdur.”


Rövşən Əbdülbağıyev, Qızıldaş bələdiyyəsində də şəhid ailələri və qazilərlə əlaqəli sosial dəstək tədbirlərinin əsirgənmədiyini, onların ehtiyaclarının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, həmçinin, bu müqəddəs qələbənin gələcək nəsillərə milli miras kimi ötürülməsinin vacibliyindən bəhs edib:


“Zəfər Günü – təkcə bu günün deyil, gələcəyimizin də bayramıdır. Bu qələbənin dəyərini, şəhidlərimizin amalını, qazilərimizin fədakarlığını övladlarımıza anlatmaq, onu yaşatmaq bizim üzərimizə düşən ən böyük vəzifədir. Vətənə xidmət – hər kəsin şərəf borcudur.”


Çıxışının sonunda Rövşən Əbdülbağıyev bütün Azərbaycan xalqını, Qaradağ və Qızıldaş sakinlərini Zəfər Günü münasibətilə bir daha təbrik edir, ölkəmizin gələcək inkişafı və əmin-amanlığı üçün birlik və həmrəylik çağırışı edib:


“Bu Zəfər – Azərbaycan xalqının birlik, əzmkarlıq və qələbə ruhunun təcəssümüdür. Bu gün qürurla deyirik: Yaşasın Azərbaycan! Yaşasın Zəfərimiz! Yaşasın Ali Baş Komandanımız! Qalib Azərbaycan daim yüksələcək, bayrağımız daim zirvədə dalğalanacaq!”


ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK, QƏHRƏMAN AZƏRBAYCAN!!!


Hazırladı: R. Əliyev