Qazaxıstan prezidentindən AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı TƏCİLİ QƏRAR

Qazaxıstan prezidentindən AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı TƏCİLİ QƏRAR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzasının araşdırılması üçün komissiya yaratmağı tapşırıb.

Bu barədə "Kazinform" xəbər yayıb.

Bildirilib ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

Tokayev, həmçinin zərərçəkənlərə yardım göstərilməsi üçün Astanadan Aktauya həkimlərin göndərilməsini tapşırıb.