Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.
Kanal1.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.