Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).
Kanal1.Az TASS-a istinadla xəbər verir ki, bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərir.
Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.
Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.