Bərdə rayon İcra Hakimiyyətinin Kətərparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mürşüd Əhmədov Zülfalı oğlu öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan, xalqına xidmət etməyi həyat amalına çevirən nümunəvi rəhbərlərdən biridir. Mürşüd müəllim hər zaman kənd sakinlərinin qayğı və problemlərinə həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsi üçün yorulmadan çalışır.
Onun rəhbərliyi ilə Kətərparaq kəndində xeyli sayda abadlıq və quruculuq işləri həyata keçirilib. Xüsusilə kənd yollarının bərpası və təmiri istiqamətində görülən işlər sakinlərin gündəlik həyatına böyük rahatlıq gətirib. Uzun müddət baxımsız qalan yollar yenidən qurulub, kəndin daxili infrastrukturu mərhələli şəkildə yaxşılaşdırılıb. Bu işlər Mürşüd müəllimin uzaqgörənliyinin, təşkilatçılıq bacarığının və işinə vicdanla yanaşmasının bariz nümunəsidir.
Mürşüd Əhmədov Zülfalı oğlu yalnız yol və abadlıq işləri ilə kifayətlənmir, eyni zamanda kəndin ümumi sosial vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirir. O, şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə daim qayğı göstərir, onların problemlərinin həlli üçün əlindən gələni edir. Dövlətimizin apardığı sosial siyasəti dəstəkləyən Mürşüd müəllim Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq kənddə birlik və həmrəyliyin möhkəmlənməsinə çalışır.
Sakinlərlə mütəmadi görüşlər keçirən Mürşüd müəllim hər bir müraciəti diqqətlə dinləyir, qaldırılan məsələlərin operativ şəkildə həllinə səy göstərir. Gənclərin gələcəyi, kəndin təmizliyi, yaşıllıqların qorunması, ictimai asayişin təmin olunması da onun daim nəzarətindədir. O, hər zaman çalışır ki, Kətərparaq kəndi daha abad, daha gözəl və yaşamaq üçün daha rahat bir məkana çevrilsin.
Bu gün Kətərparaq kəndində görülən işlər, aparılan genişmiqyaslı abadlıq tədbirləri Mürşüd Əhmədov Zülfalı oğlunun zəhmətkeşliyinin, xalqa bağlılığının və dövlətə sədaqətinin nəticəsidir. Belə rəhbərlər məhz xalqla dövlət arasında körpü rolunu oynayır, bölgələrin inkişafına real töhfələr verirlər.
Mürşüd müəllimə gələcək fəaliyyətində uğurlar arzulayır, kəndimizin daha da çiçəklənməsi naminə gördüyü işlərdə ona möhkəm cansağlığı və davamlı nailiyyətlər diləyirik.