Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb

Aprelin 29-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

Kanal1.Az-ın məlumatına görə, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.