İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, rəsmi Təl-Əviv qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasındakı müqavilədəki "Livan şərti"nə əməl etməyi özünə borc bilmir.
Kanal1.Az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Ynet" portalı məlumat yayıb.
Bildirilib ki, Netanyahu İsrail Müdafiə Ordusunun hazırda Livanda yerləşdiyi mövqeləri tərk etməyəcəyini açıq şəkildə ifadə edib. O, həmçinin İsrailə qarşı istənilən hücumlara cavab verilməsi və terror infrastrukturunun məhv edilməsi də daxil olmaqla, "Hizbullah"ın yaratdığı təhlükəyə qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.