Məhəmməd Əsədov Vətənə sədaqətli Nümayəndə

Məhəmməd Əsədov Vətənə sədaqətli Nümayəndə

NARDARAN QƏSƏBƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ İCRA NÜMAYƏNDƏSİ MƏHƏMMƏD ƏSƏDOV ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK ETDİ


Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızın hər yerində böyük qürur və iftixar hissi yaşanır. Bu möhtəşəm günlə bağlı, Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, dövlətinə sadiq, vətənpərvər şəxsiyyət Məhəmməd Əsədov da dərin məna daşıyan təbrik müraciəti ilə çıxış edib.


Məhəmməd Əsədov ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi bu tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edib, Zəfər Gününün məhz dövlət başçımızın qətiyyətli siyasəti, sarsılmaz iradəsi və xalq-ordu birliyinin təntənəsi olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qəhrəman Ordumuzun rəşadəti ilə azad edildiyini xüsusi qeyd edib.


Məhəmməd Əsədov çıxışında şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla boyun əyərək, onların ruhu qarşısında baş əydiyini bildirib:

“Bu qələbə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılıb. İgid oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıq tariximizdə əbədiləşib və hər zaman qəlbimizdə yaşayacaq. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə sağlamlıq və güc-qüvvət arzulayıram.”


Məhəmməd Əsədov, həmçinin, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayaraq, bu müqəddəs təbəqələrin hər zaman diqqət mərkəzində saxlanıldığını, Nardaran qəsəbəsində də bu istiqamətdə ardıcıl işlər görüldüyünü qeyd edib.

“Biz, hər zaman şəhid ailələrinin yanındayıq. Qazilərimiz səhifələrdə deyil, həyatın hər anında yaşamalıdırlar. Bizim borcumuz – onlara sevgi, ehtiram və qayğını daim göstərməkdir,” – deyə icra nümayəndəsi bildirib.


Çıxışının sonunda Məhəmməd Əsədov bütün Azərbaycan xalqını, qəsəbə sakinlərini, dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə ürəkdən təbrik edib, dövlətimizə, ordumuza və rəhbərliyimizə sadiqlik nümayiş etdirməyə çağırıb:

“Bu Zəfər – Vətənə inancın, xalqın birliyinin, şəhidlərimizin müqəddəs ruhunun təntənəsidir. Yaşasın Azərbaycan! Yaşasın Zəfərimiz!”


ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK, AZƏRBAYCAN!


Hazırladı: R. Əliyev