Laçında məskunlaşan sakinlərin sayı AÇIQLANDI

Laçında məskunlaşan sakinlərin sayı AÇIQLANDI

"Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb".

Kanal1.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib.

Məlumata görə, 30-31 mayda Bəylik kəndində sakinlərin köçü başa çatacaq.

H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında tramvay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı obyektlərin tikilməsi planlaşdırılır:

"Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır".