İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.