İcra Nümayəndəsi Aqil Muradov

İcra Nümayəndəsi Aqil Muradov

Böyük Göyüşlü kəndində şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı nümunəvi şəkildə davam etdirilir


Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Aqil Muradov Əşrəf oğlunun kəndin sosial həyatında, sakinlərin problemlərinin həllində və xüsusilə şəhid ailələri ilə qazilərimizə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilir.


Aqil Muradov öz fəaliyyətində hər zaman vətəndaş məmnunluğunu, insanlara yaxın olmağı və onların müraciətlərinə həssas yanaşmağı əsas prinsiplərdən biri kimi qəbul edir. Kənd sakinləri ilə mütəmadi görüşlər keçirən icra nümayəndəsi əhalinin qayğı və problemlərini dinləyir, onların həlli istiqamətində mümkün tədbirlərin görülməsinə çalışır.


Xüsusilə Vətən müharibəsində qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən ehtiram və qayğı Aqil Muradovun fəaliyyətində xüsusi yer tutur. O, şəhid ailələrinin daim diqqətdə saxlanılmasına, onların ehtiyac və problemlərinin öyrənilməsinə, mənəvi dəstək göstərilməsinə böyük önəm verir.


Vətən uğrunda sağlamlığını itirən qazilərimizə olan münasibəti də kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanır.


Qazilərimizin keçdiyi şərəfli döyüş yoluna hörmətlə yanaşan Aqil Muradov onların hər zaman diqqət mərkəzində olmasına çalışır. Bu münasibət dövlətimizin şəhid ailələri və qazilərimizə göstərdiyi yüksək qayğının Böyük Göyüşlü kəndində öz əksini tapdığını göstərir.


Kəndin abadlığı, sosial məsələlərin həlli, sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər də diqqətdən kənarda qalmır. Aqil Muradovun məsuliyyətli yanaşması, səmimi münasibəti və kəndin inkişafı üçün göstərdiyi səylər sakinlər tərəfindən təqdir edilir.


Böyük Göyüşlü kənd sakinləri hesab edirlər ki, belə diqqətli, vətəndaşlara hörmətlə yanaşan və öz vəzifəsinə məsuliyyətlə yanaşan rəhbər şəxslərin fəaliyyəti kəndin inkişafında mühüm rol oynayır.


Şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə yüksək diqqət və insanların qayğılarına həssas münasibət Aqil Muradovun fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.