Həci İbrahim Əsgərov
Baku Store şəbəkəsinin rəhbəri Həci İbrahim Əsgərov təkcə uğurlu sahibkar kimi deyil, həm də yüksək mənəvi dəyərlərə sahib xeyirxah insan kimi cəmiyyətdə böyük hörmət qazanmışdır. Xüsusilə müqəddəs Ramazan ayında onun təşəbbüsləri geniş rəğbətlə qarşılanır.
Ramazan ayının birlik, mərhəmət və paylaşmaq ayı olduğunu hər zaman ön planda tutan Həci İbrahim Əsgərov bu mübarək günlərdə Baku Store şəbəkəsində böyük endirim kampaniyaları təşkil edərək ailələrin büdcəsinə dəstək olur. Ərzaq və gündəlik tələbat məhsullarında tətbiq edilən sərfəli qiymətlər minlərlə insanın daha rahat alış-veriş etməsinə imkan yaradır.
Bununla yanaşı, o, imkansız ailələrə xüsusi yardımlar göstərir, ərzaq bağlamaları və maddi dəstək kampaniyaları təşkil edir. Şəhid ailələri və qazilər də onun diqqət və qayğısından kənarda qalmır. Bu addımlar yalnız sosial məsuliyyət deyil, həm də səmimi niyyət və insani dəyərlərin bariz göstəricisidir.
Həci İbrahim Əsgərovun fəaliyyəti göstərir ki, əsl sahibkar cəmiyyətin yanında olan, xalqın sevincini və çətinliyini bölüşən insandır. Onun Ramazan ayında həyata keçirdiyi xeyriyyə və endirim təşəbbüsləri həmrəylik və mərhəmət nümunəsi kimi yüksək qiymətləndirilir.
Hazırladı M.Xəlilova