Həci Ceyhun Salmanov xalqı təbrik etdi

Həci Ceyhun Salmanov xalqı təbrik etdi

Ceyhun Salmanov xalqa xidmət edir


Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına dərin məzmunlu təbrik müraciəti edib. O bildirib ki, 8 Noyabr təkcə bir qələbə günü deyil, Azərbaycanın tarixində ən möhtəşəm və unudulmaz hadisədir. Bu gün xalqımızın illərlə həsrət qaldığı torpaqların azadlığı, haqqın və ədalətin bərpası, millətimizin yenilməzliyinin sübutudur.


Ceyhun Salmanov qeyd edib ki, bu böyük qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, müdrik siyasəti və qəhrəman Azərbaycan Ordusunun rəşadəti nəticəsində əldə olunub. O deyib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün xalq bir ürək kimi döyündü, dövlət-xalq birliyi sayəsində düşmən məğlub edildi və üçrəngli bayrağımız Qarabağ səmasında əbədi dalğalanmağa başladı.


Ceyhun Salmanov çıxışında şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə anaraq bildirib ki, bu torpaqlarda hər bir zəfərin, hər bir azad nəfəsin arxasında şəhid qanı dayanır. “Biz bu gün azad nəfəs alırıqsa, bu, şəhidlərimizin sayəsindədir. Onlar Azərbaycan torpaqlarının azadlığı, bayrağımızın ucalığı uğrunda canlarından keçiblər. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, ehtiyacı olanlara isə dövlətimizin və xalqımızın adından minnətdarlığımızı bildiririk,” – deyə Ceyhun Salmanov qeyd edib.


O, rəhbərlik etdiyi Qurtuluş Reabilitasiya Mərkəzinin də bu istiqamətdə öz missiyasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb. Mərkəzdə müalicə və sosial dəstək alan hər bir şəxsə həm tibbi yardım, həm də mənəvi dayaq göstərilir. “Bizim məqsədimiz təkcə sağlamlıq vermək deyil, həm də insanlara yaşama sevinci və gücü aşılamaqdır,” – deyə o əlavə edib.


Ceyhun Salmanovun insanpərvərliyi təkcə xidmət sahəsində deyil, şəxsi təşəbbüslərində də aydın görünür. O, mərkəzə tam ödənişsiz qəbul etdiyi müalicə iştirakçısı Rzayev Rəşadın toyunu 2024-cü ildə şəxsən təşkil edib və bunu Zəfər Günü münasibətilə ona hədiyyə olaraq təqdim edib. Hətta toy zamanı toplanan bütün vəsait də şəxsən Rəşada verilib. Bu addımı münasibətilə diqqət çəkən Ceyhun Salmanov bildirib ki, hər il Zəfər Günü ən azı bir ehtiyacı olan vətəndaşa – xüsusilə şəhid ailələrinə və maddi imkansızlara – tam təmənnasız toy edir. Bu, onun xalqımıza ürəkdən bağlılığının, Vətən övladlarına sevgisinin və Zəfər sevinci ilə xidmət əzminin göstəricisidir.


Ceyhun Salmanov bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər bir Azərbaycan vətəndaşına örnəkdir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi sosial layihələr şəhid ailələrinin həyatına sevinc və ümid gətirir. “Biz dövlətimizin qayğısını hər addımda hiss edirik. Bu, Ali Baş Komandanımızın vətənə, xalqına olan sevgisinin təzahürüdür. Biz bu diqqətə qarşılıqlı olaraq daha fədakar, daha məsuliyyətli olmalı, hər birimiz öz sahəmizdə Vətənə xidmət etməliyik,” – deyə Ceyhun Salmanov bildirib.


O, çıxışında həm də vurğulayıb ki, Zəfər Günü Azərbaycanın gələcək nəsilləri üçün böyük bir dərsdir. Bu gün hər bir gənc, hər bir uşaq Vətən sevgisini şəhidlərin qanı ilə yazılmış bu tarixi gündən öyrənir. “Bu Zəfər bizə birliyi, vətən sevgisini və milli həmrəyliyin gücünü bir daha xatırlatdı. Biz bu ruhu heç vaxt itirməməliyik. Azərbaycan xalqı tarix boyu sübut edib ki, birlikdə olduqda qarşısında heç bir güc dura bilməz,” – deyə Ceyhun Salmanov çıxışında qeyd edib.


Sonda Ceyhun Salmanov bütün Azərbaycan xalqını, şəhid ailələrini və müalicə alan insanları 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. O, dövlətimizin daha da qüdrətli, xalqımızın daim firavan olmasını arzulayıb:


“Bu Zəfər hər bir azərbaycanlının qəlbində yanar bir məşəldir. Qoy bu məşəl heç vaxt sönməsin! Şəhidlərimizin ruhu şad olsun, xidmət alan hər bir insanın həyatı sevinc və işıqla dolsun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız İlham Əliyev! Qarabağ Azərbaycandır!”


Hazırladı: R. Əliyev – Kanal1.az

Həci Ceyhun Salmanov xalqı təbrik etdi

Həci Ceyhun Salmanov xalqı təbrik etdi