Hava limanı istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət götürülüb

Hava limanı istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət götürülüb

"Koroğlu" metro stansiyasından Hava Limanı istiqamətinə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Kanal1.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edək ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülüb.