Xəbərlər
Noyabrın 9-dan indiyə qədər Bakıda şiddətli külək nəticəsində 13 ağac sınıb.
Bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.
Eyni zamanda 23 ağacın budaqları sınıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar götürülüb və operativ şəkildə ərazi təmizlənib.
Küləklə əlaqədar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026