Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 130 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Əlövsət Rzayev uzun illərdir məsuliyyətlə çalışan, öz peşəsini sevən, sakinlərin rahatlığı və yaşayış mühitinin daha da yaxşılaşdırılması naminə yorulmadan fəaliyyət göstərən nümunəvi rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə 130 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət göstərdiyi ərazilərdə təmizlik, abadlıq və sanitariya qaydalarına ciddi nəzarət olunur, ərazilərin səliqəli saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.
Əlövsət müəllim hesab edir ki, təmizlik hər bir yaşayış məntəqəsinin vizit kartıdır. Məhz buna görə də küçələrin, məhəllələrin, yaşayış binalarının həyətlərinin, səkilərin və ümumi istifadədə olan ərazilərin daim təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, yaşıllıq sahələrinin qorunması və abadlaşdırılması onun rəhbərlik etdiyi kollektivin əsas fəaliyyət istiqamətlərindəndir. O, iş prosesini daim nəzarətdə saxlayır, əməkdaşların məsuliyyətini artırır və xidmətin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi tədbirlər həyata keçirir.
Əlövsət Rzayevin rəhbərliyi ilə görülən işlər nəticəsində xidmət göstərilən ərazilərdə təmizlik səviyyəsi yüksəlmiş, sakinlər üçün daha rahat və sağlam yaşayış mühiti formalaşmışdır. O, təkcə gündəlik təmizlik işləri ilə kifayətlənmir, eyni zamanda ərazilərin abadlaşdırılması, yaşıllıqların qorunması, ağac və gül kollarına qulluq göstərilməsi, həyətlərin və məhəllələrin səliqəli saxlanılması istiqamətində də mühüm işlər görür.
Ətraf mühitin qorunmasına xüsusi həssaslıqla yanaşan Əlövsət müəllim ekoloji tarazlığın saxlanılmasını hər zaman vacib hesab edir.
Sakinlərin müraciətlərinə həssas yanaşması, problemlərin operativ şəkildə həllinə çalışması və kollektivlə birlikdə gecə-gündüz zəhmət çəkməsi onu hər kəsin hörmətini qazanan rəhbərlərdən birinə çevirib. O, öz işinə vicdanla yanaşaraq dövlət əmlakının qorunmasına, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və insanların rifahına xidmət etməyi əsas vəzifəsi hesab edir.
Əlövsət Rzayev dövlətçiliyə sadiqliyi, zəhmətkeşliyi, yüksək təşkilatçılıq bacarığı və insanlara göstərdiyi diqqət və qayğı ilə seçilən nümunəvi rəhbərdir. Onun rəhbərlik etdiyi kollektivin fəaliyyəti nəticəsində xidmət göstərilən ərazilər daha abad, daha təmiz və daha səliqəli görünüş alır. Bu isə sakinlərin rahatlığına, sağlamlığına və şəhərin ümumi simasının gözəlləşməsinə mühüm töhfə verir.
Belə dəyərli rəhbərlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, cəmiyyətə örnək kimi təqdim olunmalıdır.
Əlövsət Rzayevin gördüyü işlər, təmizliyə və abadlığa verdiyi önəm, öz peşəsinə sədaqəti və məsuliyyətli fəaliyyəti təqdirəlayiqdir. Ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və xidmət etdiyi sahədə daha böyük nailiyyətlər arzulayırıq.
Hazırladı: R.Əliyev