Sabunçu Rayon Bələdiyyəsinin sədri Əlfəddin Həsənov – vətəninə, dövlətinə və xalqına sədaqəti ilə tanınan, fədakar, nümunəvi rəhbərlərdən biridir. Onun rəhbərliyi altında Sabunçu rayonu son illərdə inkişaf, abadlıq və vətənpərvərlik baxımından mühüm nailiyyətlər əldə etmişdir. Əlfəddin müəllim hər zaman ölkə başçısı Cənab İlham Əliyevin siyasətinə sadiq, xalqın rifahı, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yorulmadan çalışan bir rəhbər kimi tanınır.
Əlfəddin Həsənov üçün şəhid ailələri və qazilər xüsusi dəyərə malikdir. O, bu müqəddəs ailələri daim diqqət mərkəzində saxlayır, onlarla görüşlər keçirir, onların qayğılarını dinləyir və problemlərinin həlli üçün dərhal addımlar atır. Onun təşəbbüsü ilə Sabunçu rayonunda şəhid ailələrinin mənzillərinin təmiri, həyətlərin abadlaşdırılması, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün xüsusi guşələr və xatirə lövhələri yaradılmışdır.
Əlfəddin müəllim hər zaman şəhid ailələrinə və qazilərə təkcə rəhbər kimi deyil, bir qardaş kimi yanaşır, onların hər birinə dərin hörmət və sevgi ilə davranır. O, şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif tədbirlər, anım mərasimləri və vətənpərvərlik görüşləri təşkil edir. Bu tədbirlər sayəsində Sabunçu rayonunda vətənpərvərlik ruhu daha da yüksəlib, gənclərimiz Vətənə sədaqət və qəhrəmanlıq örnəkləri ilə böyüyürlər.
Əlfəddin Həsənovun rəhbərliyi ilə Sabunçu rayonunda yeni parklar, abad küçələr, yaşıllıq zolaqları və ictimai obyektlər istifadəyə verilib. Onun əsas məqsədi rayon sakinlərinin rahat və gözəl bir mühitdə yaşamasıdır. O, bələdiyyə fəaliyyətində şəffaflıq, ədalət və xalqla birbaşa ünsiyyət prinsiplərini əsas tutur. Əhalinin hər bir təklifini diqqətlə dinləyir, problemlərin operativ şəkildə həlli üçün bütün imkanlardan istifadə edir.
Əlfəddin müəllim dövlət başçısının “Şəhidlər bizim qürurumuzdur” sözlərini daim fəaliyyətinin başlıca istiqaməti kimi qəbul etmişdir. O, bu amal ilə çalışaraq Sabunçu rayonunu şəhidlərin ruhuna layiq bir məkan halına gətirmək üçün böyük səy göstərir.
Bu gün Sabunçu rayonunda görülən abadlıq, inkişaf və sosial dəstək tədbirləri Əlfəddin Həsənovun vətənə, xalqa və dövlətə bağlılığının, xalq üçün çalışan rəhbər obrazının parlaq təzahürüdür. O, təkcə bir bələdiyyə sədri deyil, həm də xalqın etimadını, şəhid ailələrinin rəğbətini qazanmış bir ziyalı, vətənpərvər və mərhəmətli insandır.
Hazırladı: R.Əliyev