Azərbaycanda səfərdə olan Latviya dövlət başçısı Edqars Rinkeviçs Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Kanal1.Az-ın məlumatına görə, Latviya rəhbəri bununla bağlı özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə olduqca səmimi və əhəmiyyətli danışıqlar həyata keçirdik. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və enerji sahəsindəki məsələlər diqqət mərkəzində oldu. Biz strateji tərəfdaş kimi iqtisadi və siyasi əməkdaşlığımızı bundan sonra da genişləndirəcəyik. Cənab Prezident, isti qarşılanmaya görə sizə təşəkkürümü bildirirəm", - deyə o vurğulayıb.