Cəlilabad sakini dənizdə boğulub

Cəlilabad sakini dənizdə boğulub

Cəlilabad rayon sakini dənizdə boğularaq ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Bilgəh çimərliyində baş verib.

Belə ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq dünyasını dəyişib.

Məlumata görə, D.Muradlı Cəlilabad rayonunun Adınalı kənd sakinidir.