Balakəndə sərnişin kanat yolu tikiləcək - Beş milyon manat ayrıldı

Balakəndə sərnişin kanat yolu tikiləcək - Beş milyon manat ayrıldı

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Kanal1.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beş milyon manat vəsait ayrılıb.