Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Fariz Şamil oğlu Şabanyev yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobilin zərbəsinə tuş gəlib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Reklam xəbər

Ən Çox Oxunanlar