Xəbərlər
Bakıda evdə partlayış olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Burada evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Daha sonra evdə yanğın başlayıb.
Nəticədə ev sahibi 60 yaşlı İlqar Ağamusa oğlu Əliyev yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026