Bakıda cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb

Bakıda cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb

İyunu 1-i 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumları üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir nəfər vəfat edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

"İyunun 1-i saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin iyunun 2-si aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.


Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır", - məlumatda qeyd olunub.