Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ

Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ

Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.

Kanal1.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:

Bakı - Tbilisi - 81 AZN-dən

Yevlax - Tbilisi - 67 AZN-dən

Gəncə - Tbilisi - 62 AZN-dən

Ağstafa - Tbilisi - 57 AZN-dən

Böyük Kəsik - Qardabani - 51 AZN-dən başlayır.

Qeyd olunub ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.

Xatırladaq ki, bu istiqamətdə səfərlər mayın 26-dan başlayacaq.