Bakı metrosundakı problemin səbəbi AÇIQLANDI

Bakı metrosundakı problemin səbəbi AÇIQLANDI

"Bu gün günorta saatlarında Bakı metropoliteninin stansiyalarında qeydə alınan hadisə qısaqapanma nəticəsində baş verib".

Kanal1.Az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Bakı Metropoliteninin Elektrik Stansiyasından metro stansiyalarına gələn gərginlik xəttində qısaqapanma yaranıb və nəticədə stansiyalara elektrik enerjisinin verilişi dayanıb:

"Hadisə zamanı xətdə 30 qatar olsa da, onlardan cəmi 4-ü tuneldə olub. Digər qatarlar platformalarda olub. Tunellərdə qalan qatarlar platformalara çıxarılıb və sərnişinlər təhlükəsiz şəraitdə stansiyalardan çıxarılıblar. Hadisə saat 12:10-da baş verib. 15-20 dəqiqə ərzində sərnişinlər təhlükəsiz şəraitdə stansiyalardan çıxarılıb. Saat 14:02-də metro stansiyalarına gərginliyin verilməsi bərpa olunub. Qatarların hərəkəti təmin olunandan sonra saat 15:00-da metronun fəaliyyəti tam bərpa olunub".