Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə başa çatdı

Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə başa çatdı

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar səsvermə başa çatıb.

Dovlet.Tv xəbər verir ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.