Xəbərlər
Masallı rayonu 11 illik musiqi məktəbinin xanəndəlik sinfinin müəllimi Mahmud Abbasov 47 yaşında vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İlkin məlumata görə o, paytaxt Bakı şəhərində əmisi oğlunun toy məclisində iştirak edib. Toyda qəfil halı pisləşib və dünyasını dəyişib.
Mahmud Abbasov doğulduğu Babaser kəndində torpağa tapşırılacaq.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026