Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 253 nəfər və ya 0.1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir. Onların 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Cari ilin aprel ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9.2 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.9 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.