AZAL-ın təyyarəsinin

AZAL-ın təyyarəsinin "qara qutu"ları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib.

Bu barədə "RIA Novosti" məlumat verib.

Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanından fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan insident ilə bağlı üç şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli və Azərbaycana, zərərçəkənlərə, ölən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.