Ayaz Bağırov İşində Peşəkar Rəhbər

Ayaz Bağırov İşində Peşəkar Rəhbər

Ayaz Bağırov İşində Peşəkar Rəhbər


Ayaz Bağırov, Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəhbəri kimi öz bilik və bacarığı ilə həm kollektivin, həm də ümumilikdə ölkənin neft sənayesində dərin iz qoyan nüfuzlu şəxsiyyətlərdən biridir. Onun rəhbərlik etdiyi illər ərzində idarə yalnız istehsal göstəricilərinə görə deyil, həm də intizamlı iş prinsipi, qabaqcıl yanaşmaları və səmərəli idarəçilik modeli ilə seçilmişdir.


Ayaz müəllim işi sadəcə vəzifə kimi deyil, böyük məsuliyyət və vətənə xidmət kimi qəbul edən bir rəhbərdir. Onun uzaqgörənliyi və yenilikçi düşüncəsi sayəsində idarədə bir sıra texniki yeniliklər, infrastruktur islahatları və istehsalatın müasir tələblərə uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.


O, daim işçilərin rifahını, təhlükəsiz şəraitdə işləmələrini və peşəkar inkişafını diqqət mərkəzində saxlayır. Ayaz Bağırovun rəhbərliyi altında formalaşan komanda ruhu və qarşılıqlı hörmətə əsaslanan iş mühiti idarəni sabit, məhsuldar və müasir bir müəssisəyə çevirib.


Səmimiyyəti, sadəliyi və prinsipiallığı ilə seçilən Ayaz müəllim həm rəhbərlik etdiyi kollektivin, həm də əməkdaşlıq etdiyi qurumların dərin hörmətini qazanmışdır. O, təkcə uğurlu idarəçi deyil, eyni zamanda neft sahəsinin dəyərli ziyalısı, əməyi və dürüstlüyü ilə örnək bir şəxsiyyətdir.


Ayaz Bağırovun fəaliyyəti – zəhmətə bağlılıq, xalqa xidmət və milli sərvətin qorunmasına yönəlmiş dərin bir peşəkarlığın təcəssümüdür.



Hazırladı R.Əliyev Kanal 1