Ağdaş rayonunun Dəhnəxəlil bələdiyyəsinin sədri Ayaz Abdullayev öz fəaliyyəti, səmimiyyəti və yüksək vətəndaş mövqeyi ilə seçilən, xalqına və dövlətinə bağlı nümunəvi rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi kənddə sakinlərlə daim açıq, mehriban və hörmətə əsaslanan münasibət qurur, hər bir vətəndaşın problemini öz şəxsi məsələsi kimi qəbul edərək onların həllinə böyük həssaslıqla yanaşır. Məhz bu xüsusiyyətlərinə görə Ayaz müəllim kənd əhalisinin etimadını və dərin hörmətini qazanmışdır.
Ayaz Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasəti ürəkdən dəstəkləyən, dövlətçilik maraqlarını hər zaman uca tutan vətənpərvər rəhbərdir. O, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların yerli səviyyədə də uğurla icra olunmasına, kəndlərin abadlaşmasına və əhalinin rifahının yüksəlməsinə öz əməli fəaliyyəti ilə töhfə verir.
Bələdiyyə sədri kimi Ayaz müəllim şəffaflığa, ədalətə və vicdanlı idarəçiliyə xüsusi önəm verir. Onun rəhbərliyi dövründə Dəhnəxəlil kəndində sosial layihələrin icrası, yolların, infrastrukturun yaxşılaşdırılması, ətraf mühitin qorunması və kəndin ümumi abadlığı istiqamətində mühüm işlər görülür. O, bələdiyyənin imkanlarından səmərəli istifadə edərək kənd sakinlərinin həyat şəraitinin yaxşılaşmasına çalışır.
Xüsusilə qeyd olunmalıdır ki, Ayaz Abdullayev şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizə daim xüsusi diqqət və qayğı göstərən, onların sosial problemləri ilə yaxından maraqlanan, çətin anlarında yanlarında olan xeyirxah və mərhəmətli insandır. O, şəhidlərimizin müqəddəs xatirəsinə böyük ehtiramla yanaşır, onların ailələrini dövlətimizin və xalqımızın əmanəti kimi qoruyur. Bu, onun qəlbindəki Vətən sevgisinin və insani dəyərlərin nə qədər dərin olduğunu bir daha sübut edir.
Ayaz müəllim üçün rəhbərlik sadəcə vəzifə deyil, xalqa xidmət missiyasıdır. O, hər bir sakinin dərdinə biganə qalmadan, imkan daxilində yardım etməyi öz vicdan borcu hesab edir. Məhz buna görə də Dəhnəxəlil kəndində sülh, birlik və qarşılıqlı hörmət mühiti formalaşıb.
Belə vətənpərvər, vicdanlı və xalqa bağlı bələdiyyə sədrləri Azərbaycan dövlətçiliyinin dayağıdır. Ayaz Abdullayev öz əməli fəaliyyəti, təmiz niyyəti və insanlara olan sevgisi ilə bu yüksək ada layiq olan nümunəvi rəhbərdir
Hazırladı R. Əliyev