Astarada avtomobil ata və üç yaşlı oğlunu vurdu

Astarada avtomobil ata və üç yaşlı oğlunu vurdu

Astarada avtomobil ata və oğlunu vurub.

Kanal1.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.