Arayik Arutyunyan saxlanıldı: BAKIYA GƏTİRİLİR

Arayik Arutyunyan saxlanıldı: BAKIYA GƏTİRİLİR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyanı saxlayıblar.

Dovlet.Tv-nin əldə etdiyi məlumata görə, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.

Reklam xəbər

Ən Çox Oxunanlar