Akif Cavadovun  Xidmətləri unudulmazdır

Akif Cavadovun Xidmətləri unudulmazdır

Qaradağ rayonu Umbakı qəsəbəsi üzrə təmizlik sahəsində nümunəvi fəaliyyəti ilə seçilən sahə rəisi Akif Cavadov öz peşəkarlığı, məsuliyyətli yanaşması və zəhmətkeşliyi ilə seçilən dəyərli dövlət qulluqçularından biridir. O, Umbakı qəsəbəsinin təmiz, abad və səliqəli saxlanılması istiqamətində üzərinə düşən vəzifələri vicdanla yerinə yetirərək sakinlərin rahatlığı və sağlam yaşayış mühitinin təmin olunmasına mühüm töhfələr verir.


Akif Cavadov rəhbərlik etdiyi sahədə küçələrin, məhəllələrin, ictimai ərazilərin və yaşıllıq sahələrinin təmiz saxlanılmasına xüsusi diqqət yetirir.


Təmizlik işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ətraf mühitin qorunması və abadlıq işlərinin davamlı aparılması onun fəaliyyətinin əsas istiqamətlərindəndir.


Onun zəhməti nəticəsində Umbakı qəsəbəsində təmizlik və nizam-intizamın qorunmasına böyük önəm verilir ki, bu da sakinlər tərəfindən yüksək qiymətləndirilir.


Akif müəllim kollektiv arasında qarşılıqlı hörmət və işgüzar münasibətlərin formalaşmasına xüsusi diqqət yetirən, əməkdaşlarını daim məsuliyyətli və vicdanlı çalışmağa təşviq edən rəhbərlərdən biridir. O, öz nümunəvi davranışı, sadəliyi və insanlara göstərdiyi qayğı ilə hər kəsin rəğbətini qazanmışdır.


Təmizlik və abadlıq hər bir yaşayış məntəqəsinin inkişafının əsas göstəricilərindəndir. Bu sahədə çalışan insanların əməyi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Akif Cavadov da bu məsuliyyətli işi şərəflə yerinə yetirərək Umbakı qəsəbəsinin abadlığına və gözəlləşməsinə öz dəyərli töhfəsini verir.


Onun gördüyü işlər qəsəbənin daha təmiz, daha səliqəli və sakinlər üçün daha rahat yaşayış məkanına çevrilməsinə xidmət edir.


Qaradağ rayonunun tərkibində yerləşən Umbakı qəsəbəsi 1951-ci ildə qəsəbə statusu almış yaşayış məntəqələrindən biridir.

Akif Cavadova möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Gördüyü nümunəvi işlərin daim davam etməsini, dövlətimizə və xalqımıza xidmət yolunda yeni nailiyyətlər qazanmasını diləyirik.