Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bayraq Meydanın qarşısında qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı iki minik maşını toqquşub. Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Adları məlum olan yaralılar - 1965-ci il təvəllüdlü Mehman Musayev, 1986-cı il təvəllüdlü Könül Musayeva və 1996-cı il təvəllüdlü Anar Əsgərovdur.
Bir nəfərin adı hələlik məlum deyil. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.