26 İyun – Silahlı Qüvvələr Günü Münasibətilə Təbrik
Xalqımızın qürur mənbəyi olan bu əlamətdar gündə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi, həmçinin şəhid ailələrini, müharibə iştirakçılarını, qazilərimizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!
Müasir, güclü və peşəkar ordumuzun formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bu gün Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə ən yüksək zirvəyə ucalmış, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli hərbi güclərindən birinə çevrilmişdir. Vətən müharibəsində qazanılmış tarixi Qələbə bunun açıq sübutudur.
Bu qürurverici gündə, Azəriqaz İstehsalat Birliyinin sədri Azər Məmmədovun rəhbərliyi ilə, Birliyin bütün əməkdaşları adından Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə səbir və qürur diləyirik. Eyni zamanda, ölkəmizin hərbi qüdrətinin formalaşmasında pay sahibi olan bütün zabit və əsgərlərə, keçmiş və hazırkı hərbi qulluqçularımıza, fədakar qazilərimizə təşəkkür və minnətdarlığımızı bildiririk.
Biz inanırıq ki, Silahlı Qüvvələrimizin gücü, xalqımızın birliyi və dövlət başçımızın müdrik siyasəti ilə Azərbaycan daim qalib, əbədi müstəqil və sarsılmaz olacaqdır.
Qoy bayrağımız uca, ordumuz qüdrətli, dövlətimiz daim var olsun!
Hörmətlə,
Azəriqaz İstehsalat Birliyinin kollektivi
Sədr: Azər Məmmədov