Təhsil - Kanal1.az https://kanal1.az/ tr Təhsil - Kanal1.az DataLife Engine Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq https://kanal1.az/2024/04/18/mayn-1-dn-uaqlarn-birinci-sinf-qbul-prosesi-balayacaq.html https://kanal1.az/2024/04/18/mayn-1-dn-uaqlarn-birinci-sinf-qbul-prosesi-balayacaq.html Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq


Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.

"Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib.

Onun sözlərinə görə, proses sentyabrın 13-nə kimi davam edəcək.]]>
kanal Thu, 18 Apr 2024 12:55:26 +0400
Qarabağ Universiteti belə idarə olunacaq - YENİ QAYDALAR https://kanal1.az/2024/02/07/qaraba-universiteti-bel-idar-olunacaq-yen-qaydalar.html https://kanal1.az/2024/02/07/qaraba-universiteti-bel-idar-olunacaq-yen-qaydalar.html Qarabağ Universiteti belə idarə olunacaq - YENİ QAYDALAR

Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında”, "Elm haqqında”, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.

Nizamnaməyə əsasən, Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.

Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.

Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.

Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər.
Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.

Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.]]>
kanal Wed, 07 Feb 2024 09:35:34 +0400
İmtahan ödənişlərində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA https://kanal1.az/2024/01/25/mtahan-dnilrind-dyiiklik-olacaq-rsm-aiqlama.html https://kanal1.az/2024/01/25/mtahan-dnilrind-dyiiklik-olacaq-rsm-aiqlama.html İmtahan ödənişlərində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA


"İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb”.

"Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

"Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”, - sədr qeyd edib.

DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib:

"Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.]]>
kanal Thu, 25 Jan 2024 15:07:19 +0400
Yuxarı sinif şagirdlərinin nəzərinə: 10, 11-ci siniflər ləğv olunur? (AÇIQLAMA) https://kanal1.az/2024/01/12/yuxar-sinif-agirdlrinin-nzrin-10-11-ci-siniflr-lv-olunur-aiqlama.html https://kanal1.az/2024/01/12/yuxar-sinif-agirdlrinin-nzrin-10-11-ci-siniflr-lv-olunur-aiqlama.html Yuxarı sinif şagirdlərinin nəzərinə: 10, 11-ci siniflər ləğv olunur? (AÇIQLAMA)


Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”.
Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Bildiyiniz kimi, Azərbaycanın orta məktəblərində kurikulum tədris proqramı tətbiq olunur. Bu proqrama əsasən, orta təhsilin 9-cu sinifinə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilmiş mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur. Bu proses ölkədə kurikulum sistemi tətbiq olunmağa başladığı andan start götürüb.
Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir?
Bu suallar əlaqədar təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında danışıb.
"Ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinifə, yəni, 9-cu sinifə qədər müəyyən biliklərlə təmin etməliyik”.
Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir.
"Təbii ki, 10 və 11-ci siniflərdə isə digər fənnlərə – fizika, kimya və s. fənnlərlə bağlı daha geniş formada tədris prosesində iştirak edir və həmin fənnləri daha professional səviyyədə mənimsəmiş olur. Tədris proqramının bu formada tətbiq olunması 9 illik prinsipə əsaslanır. 9 illik proqram buraxılış olduğu üçün ilkin informasiyanın verilməsi, həmin sinifə qədər ən azından müəyyən mövzuların tədris olunması əsas mövzulardan biridir”.]]>
kanal Fri, 12 Jan 2024 10:08:20 +0400
Azərbaycanda təhsilin müddəti uzadıla bilər: Nazirin anonsu nə vəd edir? – AKTUAL https://kanal1.az/2024/01/08/azrbaycanda-thsilin-mddti-uzadla-bilr-nazirin-anonsu-n-vd-edir-aktual.html https://kanal1.az/2024/01/08/azrbaycanda-thsilin-mddti-uzadla-bilr-nazirin-anonsu-n-vd-edir-aktual.html Azərbaycanda təhsilin müddəti uzadıla bilər: Nazirin anonsu nə vəd edir? – AKTUAL


Azərbaycanda təhsil müəssisələrində təhsil müddəti uzadıla bilər. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev mətbuata müsahibəsində bildirib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: "Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nətisinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.
Təhsil müddətiin uzadılması ilə bağlı nazirin açıqlaması isə birmənalı qarşılanmır. Təhsil müddətinin uzadılmasının şagirdlərin dərs yükünü azaldacağını düşünənlər də var, bunun şagirdlər üçün əlavə yük olacağını fikirləşənlər də…

Məktəblərdə buraxılış sinifləri repetitor hazırlığına müraciət etdiyi üçün bu qərarın təhsilin keyfiyyətinə təsir edəcəyinə inam azdır.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilin müddətinin müəyyənləşməsi pedoqogikanın zəruri problemlərindən biridir. Əsasən ibtidai sinifdə tədris müddətinin artırılmasına ehtiyac var:
"Təhsil müddətinin artırılmasını yuxarı siniflərdə deyil, aşağı siniflərdən düşünmək lazımdır. Şagirdlərin məktəblərə qəbulu hazırda 6 yaşdandırsa, gələcəkdə 5 yaşdan olacaq. Bu, təhsil müddətinin artırılması deməkdir. Nəticədə valideynlərin işləmə imkanları yaranacaq. Çünki, problemlərdən biri odur ki, valideynlər məktəb, bağça olmadığına görə işləyə bilmirlər”.
K.Əsədov deyir ki, 12 illik təhsil valideynlərin maddi yükünü artırmır, əksinə azalda bilər. Belə ki, əmək qabiliyyətli valideynlər məktəb, bağça olsa, işləyə biləcəklər. Yəni təhsil müddətinin uzadılması valideylərin məşğulluq probleminə də öz təsirini göstərəcək.
Ekspertin fikrincə, hazırda ibtidai sinif dərslikləri ağırdır. 4 illik ibtidai təhsil dövründə şagirdlərə daha çox informasiya verilir. Ancaq ibtidai təhsil müddəti 5 il olarsa, dərsliklərin yükü azalacaq. Həmin informasiya siniflər arasında bölünəcək.
Həmsöhbətimiz onu da deyir ki, dünyanın müxtəlif ölkələrində 10-11-12, hətta 14 illik təhsil müddəti mövcuddur. Onun sözlərinə görə, tədqiqatlar zamanı dünyada 12 illik təhsil sistemindən daha çox istifadə olunduğu məlum olub: "Azərbaycanda sovet dövründə 10 illik təhsil sistemi mövcud olub. Sonra isə 11 illik təhsil sisteminə keçildi. 2013-cü ildə qəbul edilən "Təhsilin inkişafı üzdə Dövlət Strategiyası” və İqtisadi İnkişaf Təşkilatının məlumatları ölkəmizdə mütləq şəkildə 12 illik təhsilə keçilməsini zəruri edir”.
K.Əsədov onu da əlavə edib ki, 12 illik təhsil sistemi dünya standartlarına uyğundur. Belə ki, hazırda Azərbaycanda xaricə təhsil almağa gedən tələbələr 11 illik təhsil aldıqları üçün onların təhsili tam orta təhsil sayılmır.]]>
kanal Mon, 08 Jan 2024 08:23:41 +0400
Ali təhsil müəssisələrində adı olub, özü olmayan ixtisaslar - VİDEO https://kanal1.az/2024/01/04/ali-thsil-mssislrind-ad-olub-z-olmayan-ixtisaslar-vdeo.html https://kanal1.az/2024/01/04/ali-thsil-mssislrind-ad-olub-z-olmayan-ixtisaslar-vdeo.html Ali təhsil müəssisələrində adı olub, özü olmayan ixtisaslar - VİDEO


Ali təhsil müəssisələrinə qəbul zamanı adı olub, özü olmayan ixtisaslar gələcəkdə gənclər üçün ciddi problemdir.

Şikayətçi Qoca Ərəbov ikinci ali təhsil üçün imtahan verib.

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qabiliyyət imtahanında saz ifaçısı kimi əla qiymət alıb.

Lakin, nəticəsinin yanlış olduğunu görüb.

Ətraflı "Xəzər Xəbər”in süjetində:

]]>
kanal Thu, 04 Jan 2024 10:09:17 +0400
Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam https://kanal1.az/2023/12/08/ba-nazirdn-qaraba-universiteti-il-bal-srncam.html https://kanal1.az/2023/12/08/ba-nazirdn-qaraba-universiteti-il-bal-srncam.html Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam




Baş nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın Ədliyyə, Elm və Təhsil, İqtisadiyyat Nazirliyi, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Həmçinin, Maliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin fəaliyyətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində torpaq sahəsi ilə təminatı məsələlərini həll edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim eməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.]]>
kanal Fri, 08 Dec 2023 14:00:18 +0400
Astara təhsili ağlar günə qalıb… – İTTİHAM VAR… https://kanal1.az/2023/10/24/astara-thsili-alar-gn-qalb-ttham-var.html https://kanal1.az/2023/10/24/astara-thsili-alar-gn-qalb-ttham-var.html Astara təhsili ağlar günə qalıb… – İTTİHAM VAR…

 

Astara təhsilində qəribə hadisələr baş verir. Belə ki, son 1 ayda rayon təhsilinə cavabdeh olan ən səlahiyyətli 2 şəxs istefaya gedib. Öncə, sentyabr ayında Astara Təhsil sektoru müdiri Ülviyyə Əliyevə şok bir şəkildə vəzifədən getdi, onun yeri dolmamış, bu dəfə Lənkəran-Astara regional müdiri Elxan Nəcəfov ani bir şəkildə yoxa çıxdı.

Hər ikisi şəxsin, mövcud vəzifədə cəmi 1 il qaldıqlarını və getdikləri yeni vəzifələrin, daha az cəlbedici olduğunu nəzərə alanda, bu gedişlərin, qeyri-iradi və məcburi olduğu aydın olur. Hər halda, Elxan Nəcəfoun getdiyi Naxçıxan-kiçik və büdcəsi məhdud bir yerdir və orda, Təhsil Nazirinin müavini olmaq, demək olar ki, Azərbaycanda "regional müavini” olmaq kimi bir şeydir. Yaxud da Astara sektor müdiri Ülviyyə Əliyevanın getdiyi yeni vəzifə-icra hakimi müavini vəzifəsi, faktiki olaraq, ikinci dərəcəli və aşağı bir vəzifədir.
Bəs, yaxşı bu şok gedişlərin, qeybolmaların səbəbi nədir? Niyə Elxan Nəcəfov dərs ilinin ortasında, işçilərini və minlərcə təhsilverənləri tək buraxıb, hər şeyi "tərsə-mayallaq” qoydu? O, nədən qaçdı?

Xatırladaq ki, cəmi 3 ay öncə, "Astaranın Gənc Alimləri"nin nümayəndəsi Emin Mirzəli mediaya verdiyi müsahibədə Elxan Nəcəfovun işdən getməyə məcbur qalacağını demişdi. Daha öncə Astara təhsil müdiri Rəşad Həsənovun aqibətini də doğru proqnozlaşdıran ekspert, bu dəfə də yanılmadı.
Emin Mirzəlinin məsələyə reaksiyası maraqlı oldu:
"Elxan Nəcəfovun gedişi surpriz olmadı. Yadınızdadırsa, biz bu ilin iyul ayında verdiyimiz müsahibədə, Elxan Nəcəfovun tezliklə qaçmaq məcburiyyətində qalacağını demişdik. Bəli, elm, yenə də gücünü sübut etdi və alimlər qalib gəldi! Biz Elxan Nəcəfova son dəfə xəbərdarlıq edib, ona payıza qədər vaxt vermişdik. Konkret olaraq, onun qarşısında, rayonumuzdakı 3 böhranlı məsələni qaldırmışdıq: 1)Şəhər 6 saylı məktəbinin qalmaqallı direktoru Ülviyyə Bayramova barədə ciddi tədbir görmək. 2)Burzubənd məktəbinin mafioz direktorunu nəhayət işdən qovmaq. 3)Astara təhsil sektorunun məsləhətçisi, biabırçı videolarla təhsil mühitini korlayan Elçin Mirəzadəni qovmaq.

Əlbəttə, Elxan Nəcəfov görünür ki, onlardan çoxlu pul aldığı üçün ya da həm də kimlərsə tərəfindən tapşırıldıqları üçün, bu ləyaqətsiz şəxslərlə bağlı tədbir görmədi. Buna görə də biz avqust ayında LARTİ-ya və rəhbərinə ciddi mesaj göndərdik: payızda "savaşa” hazır olun! Əlbəttə, bu "savaş”da uzun müddət dirənə bilməyəcəklərini və əllərindəkini də itirib biabır olacaqlarını gördülər. Elxan Nəcəfov təslim olub, "aradan çıxdı”. Onlar, bizim gənc alim, şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevi məhkəmə vasitəsilə əngəlləyəcəklərini düşündülər, lakin orda da umduqlarını əldə edə bilmədilər. Daşqın bəy o məktəbə bərpa olundu və bu isə, faktiki olaraq, onlar üçün "troya atı” demək idi. Bir şeyi deyim ki, E. Nəcəfov təbii ki, dürüst birisi deyildi, amma öncəki müdir Rəşad Həsənovdan fərqli olaraq "helmli” olduğu üçün, vəziyyətin nə qədər çətin olduğunu anlayıb, "canını” vaxtında qurtardı.
Lakin, hər halda adı, saytlarda hallandığına görə, Təhsil Nazirliyində yenidən işə düzəlməsi çox çətin idi və məcbur qalıb uzaq Naxçıxana üz tutdu. Bu, onun üçün sürgün kimi bir şeydir.
Ülviyyə Əliyevaya gəlincə: onun da getməsi sözsüz ki, məcburiyyətdən oldu. Əgər bilsəydi ki, Astarada bu qədər ifşalarla qarşılacaq, heç əvvəldən Lənkərandan durub buraya gəlməzdi.
"Bəs bundan sonra Astara və region təhsilini nə gözləyir?” sualına isə gənc alim bunu dedi:
"Bundan sonra Astarada və regionda təhsilə rəhbər gələcək olan şəxslərin "qurd ürəyi” yemiş olması lazımdır. İnternetdə sadəcə yüngülvari bir axtarış edəndə, burda vəziyyətin nə qədər dramatik və təhlükəli olduğu aydın olur. Odur ki, buraya rəhbər gələcək olan şəxsin, o qədər də ağıllı, savadlı və uzaqgörən birisi olacağını düşünmürəm. Astara və region təhsilində isə yaxın zamanda, irəliyə doğru ciddi bir dəyişiklik gözləmirəm”.
 //realmedia.az//

]]>
kanal Tue, 24 Oct 2023 08:15:03 +0400
Nazirlik 2 milyonluq “məxfi təmir” – Hansı məktəbləri təmir ediləcək? https://kanal1.az/2023/10/24/nazirlik-2-milyonluq-mxfi-tmir-hans-mktblri-tmir-edilck.html https://kanal1.az/2023/10/24/nazirlik-2-milyonluq-mxfi-tmir-hans-mktblri-tmir-edilck.html Nazirlik 2 milyonluq “məxfi təmir” – Hansı məktəbləri təmir ediləcək?

 

 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ricon” MMC ilə maliyyə dəyəri 2 790 355 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.
 
Qaynarinfo xəbər verir ki, şirkət respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı idarənin keçirdiyi tenderin qalibi seçilib. Lakin hansı təhsil müəssisələrində təmir işlərinin aparılacağı bəlli deyil. Bu barədə tender elanında heç bir qeyd yoxdur.
 
"Ricon” MMC-yə gəlincə, şirkət 2003-cü ildə təsis edilib. Tikinti sahəsi üzrə ixtisaslaşıb. Bir müddət "RVR LTD” MMC adı ilə fəaliyyət göstərib.
 
 
Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İsmayılov Rəşad Rəhim oğludur. Rəşad İsmayılov eyni zamanda şirkətin direktoru vəzifəsində çalışır.
 
Açıq mənbələrdə onun haqqında məlumatlar məhduddur. Rəşad İsmayılovun adına Linkedin biznes mərkəzli sosial şəbəkədə hesab var. Həmin hesabda o, "Ricon” MMC-nin direktoru kimi təqdim edilir.

 

]]>
kanal Tue, 24 Oct 2023 08:11:21 +0400
Bu gün Azərbaycanda Bilik Günüdür https://kanal1.az/2023/09/15/bu-gn-azrbaycanda-bilik-gndr.html https://kanal1.az/2023/09/15/bu-gn-azrbaycanda-bilik-gndr.html Bu gün Azərbaycanda Bilik Günüdür



Bu gün Azərbaycanda Bilik Günü kimi qeyd olunur.

Oxu.Az xatırladır ki, 2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi.

Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.

Beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunub.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. 114 484 şagird məktəbəqədər təhsilə cəlb olunacaq. 135 000 şagird birinci sinifdə təhsil alacaq. 80 273 şagird məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.]]>
kanal Fri, 15 Sep 2023 08:19:09 +0400