Sosial - Kanal1.az https://kanal1.az/ tr Sosial - Kanal1.az DataLife Engine Bir mənzilin iki nəfərə satılması: Azərbaycanda bu problemi belə həll edəcəklər https://kanal1.az/2024/02/03/bir-mnzilin-iki-nfr-satlmas-azrbaycanda-bu-problemi-bel-hll-edcklr.html https://kanal1.az/2024/02/03/bir-mnzilin-iki-nfr-satlmas-azrbaycanda-bu-problemi-bel-hll-edcklr.html Bir mənzilin iki nəfərə satılması: Azərbaycanda bu problemi belə həll edəcəklər



Sənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar... Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir?

Son illərdə dələduzluq halları daha da artıb

Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır: "Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. Məhkəmələrdə hələ də çəkişmələr davam edir. Bu qərar belə halların qarşısını alacaq. Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər”.

M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur: "Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb”.

Hər bina tikənə bu qaydalar şamil edilməyəcək

Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək: "Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. Əmlakın reyestr kodu olacaq. Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək”.

Reyestrdə mənzil onu alan şəxsin adına qeyd ediləcək

M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq: "Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. İlkin alqı-satqı gerçəkləşir. Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək”.

Mənzil ikinci şəxsə bu halda satıla bilər

Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər”.

Mənzillərin qiyməti 5-10 faiz artacaq

Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı: "Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər”.

Digər ölkələrdə də bu sistem mövcuddur

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur: "Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır”.

Əgər şəffaflığa diqqət yetirilsə...

F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir: "Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. Nəticədə zərərçəkən vətəndaşlar olur. Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun”. ("Kaspi" qəzeti)]]>
kanal Sat, 03 Feb 2024 12:06:51 +0400
Pensiya alanlara şad xəbər - Gələn aydan bu qədər artım olacaq https://kanal1.az/2024/01/16/pensiya-alanlara-ad-xbr-gln-aydan-bu-qdr-artm-olacaq.html https://kanal1.az/2024/01/16/pensiya-alanlara-ad-xbr-gln-aydan-bu-qdr-artm-olacaq.html Pensiya alanlara şad xəbər - Gələn aydan bu qədər artım olacaq




Pensiyalarda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Publika.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin məlumat ondan ibarətdir ki, pensiyalar 10,8 faiz indeksasiya olunaraq artırılacaq.

"Daha dəqiq rəqəm fevral ayının əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən elan olunacaq. Nəzər alsaq ki, pensiyaların indeksasiyasında əsas meyar əvvəlki illərdə orta aylıq əmək haqqında olan artım faizidir. 2023-cü ildə ortaq aylıq əmək haqqında artım faizi bu ilin fevral ayında elan olunacaq. Ona uyğun olaraq da rəsmi olaraq pensiyalar indeksasiyası reallşacaq. Əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğinda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Əvvəlki illərdə təxminnə 100 minə yaxın vətəndaşımızın pensiyası indeksiyası olunmurdu. Lakin indi vahid indeksasiya mexanizmi bütün vətəndaşların əmək pensiyasılarının artırılmasına imkan yaradır. Məbləğindən asılı olmayaraq, bütün əmək pensiyası alanların pensiyalarında artım olacaq", - deyə o, əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əmək haqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. İlk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.]]>
kanal Tue, 16 Jan 2024 08:42:20 +0400
Azərbaycanda özəl pensiya fondu yaradılır - VİDEO https://kanal1.az/2024/01/16/azrbaycanda-zl-pensiya-fondu-yaradlr-vdeo.html https://kanal1.az/2024/01/16/azrbaycanda-zl-pensiya-fondu-yaradlr-vdeo.html Azərbaycanda özəl pensiya fondu yaradılır - VİDEO




Özəl pensiya fonduna ödəniş könüllü olacaq.

Publika.az xəbər verir ki, bu fikri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Belə ki, vətəndaş məcburi sosial sığorta haqqı ilə yanaşı, belə fonda da vəsait ödəyə bilər. Bəs özəl pensiya fondları əhaliyə nə qazandıracaq?

İqtisadçı Xalid Kərimli isə bildirib ki, özəl pensiya fondu işləyən şəxslər üçün nəzərdə tutulub:

"Burada işləyən şəxslərin əlavə pensiya təminatının formalaşmasından söhbət gedir. Bu fondun maliyyə mənbəyi işləyən şəxsin könüllü surətdə öz əməkhaqqısından əlavə ödənişləri əsasında formalaşacaq. Burada məcburilik yoxdur. Fond həmin pulları risksiz dövlət sənədlərinə yatıracaq. Vətəndaş təqaüdə çıxanda artıq dövlətin kəsdiyi pensiyadan əlavə vəsait almaq imkanlarına malik olacaq”.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, qanunun hazırlanması hələ özəl fondun yaradılacağı demək deyil. Onun sözlərinə görə, ölkədə özəl pensiya fondlarının yaradılması üçün şərait formalaşmayıb.

Ətraflı Baku TV-nin süjetində:

]]>
kanal Tue, 16 Jan 2024 08:26:43 +0400
Fevraldan pensiyalar artırılır: Büdcəmizə nə qədər pul gələcək? - VİDEO https://kanal1.az/2024/01/10/fevraldan-pensiyalar-artrlr-bdcmiz-n-qdr-pul-glck-vdeo.html https://kanal1.az/2024/01/10/fevraldan-pensiyalar-artrlr-bdcmiz-n-qdr-pul-glck-vdeo.html Fevraldan pensiyalar artırılır: Büdcəmizə nə qədər pul gələcək? - VİDEO




Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.

Publika.az xəbər verir ki, qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.

Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.

Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq?

İqtisadçı Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib.

O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:

"Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq”.

Ətraflı "Baku" TV-nin süjetində:

]]>
kanal Wed, 10 Jan 2024 08:44:16 +0400
Baş plan təsdiq edildi: evlərin qiyməyi bahalaşacaq? https://kanal1.az/2024/01/09/ba-plan-tsdiq-edildi-evlrin-qiymyi-bahalaacaq.html https://kanal1.az/2024/01/09/ba-plan-tsdiq-edildi-evlrin-qiymyi-bahalaacaq.html Baş plan təsdiq edildi: evlərin qiyməyi bahalaşacaq?




Əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planın təsdiqi Bakıda mənzillərin qiymətinə necə təsir edəcək?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə paytaxtın mərkəz hissələrində demək olar boş yer olmadığını bildirib.

"Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək. Plandan görünür ki, paytaxtın mərkəzi hissələrində binalar az sayda tikiləcək.

Ümumilikdə isə fərdi evlərin söküntüsü, onların yerində yenilərinin tikilməsi aparılacaq. Bu özü də bir xərc yaradacaq. Bina tikintisi ilə məşğul olan sahibkarlar özləri də qeyd edirlər ki, xərclər artıb.

Əsasən torpağın və inşaat materiallarının qiyməti bahalaşıb. Ola bilər ki, Bakının mərkəzi hissələrində hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacaq. Az miqdarda binanın tikilməsi, ancaq bunun qarşılığında tələbin yüksək olması qiymətlərə təsir göstərəcək", - deyə o, əlavə edib.

Ekspert bu il paytaxtda mənzillərin qiymətinin necə olacağına da toxunub:

"Bu il paytaxtın mərkəzinə yaxın yeni hündürmərtəbəli binalarda bir kvadratmetrin qiymətinin 2000 manatdan yuxarı, tam mərkəzdə isə 3000 mindən yuxarı olacağı gözlənilir. Yeni tikililərin qiymətinin bahalaşması köhnə binalardakı mənzillərin də qiymətinin bahalaşmasına səbəb olacaq".

Qeyd edilib ki, Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.]]>
kanal Tue, 09 Jan 2024 08:30:37 +0400
Pensiyalarla bağlı vacib məlumat: Yanvar ödənişi artımla olacaq? https://kanal1.az/2024/01/09/pensiyalarla-bal-vacib-mlumat-yanvar-dnii-artmla-olacaq.html https://kanal1.az/2024/01/09/pensiyalarla-bal-vacib-mlumat-yanvar-dnii-artmla-olacaq.html Pensiyalarla bağlı vacib məlumat: Yanvar ödənişi artımla olacaq?





Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, bu sual ilə bağlı "qaynar xətt”ə müraciətlər daxil olub.

Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.

Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.

"Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.]]>
kanal Tue, 09 Jan 2024 08:27:51 +0400
Pensiya, maaş və sosial yardımda hansı artımlar olacaq? https://kanal1.az/2024/01/01/pensiya-maa-v-sosial-yardmda-hans-artmlar-olacaq.html https://kanal1.az/2024/01/01/pensiya-maa-v-sosial-yardmda-hans-artmlar-olacaq.html Pensiya, maaş və sosial yardımda hansı artımlar olacaq?




"2014-cü ilin ilk günündən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. yanvar ayından başlayaraq, indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, 2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılacaq:

"Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir.

Vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir. Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək

Sosial yardımlara gəldikdə isə, sabahdan ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur”.

V. Bayramov minimum əmək haqqı barədə də geniş izah verib. O bildirib ki, bu artımlar büdcə paketi ilə deyil, il ərzində ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır: "Son illər mütəmadi olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir”.]]>
kanal Mon, 01 Jan 2024 10:10:15 +0400
İşləməyənlər pensiya ala bilməyəcəklər? - VİDEO https://kanal1.az/2023/12/26/lmynlr-pensiya-ala-bilmycklr-vdeo.html https://kanal1.az/2023/12/26/lmynlr-pensiya-ala-bilmycklr-vdeo.html İşləməyənlər pensiya ala bilməyəcəklər? - VİDEO



Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.

Publika.az xəbər verir ki, bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.

Bəs rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:

"2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.

Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.

Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.

Ətraflı Baku TV-nin süjetində:

]]>
kanal Tue, 26 Dec 2023 08:45:37 +0400
Deputatdan UŞAQPULU AÇIQLAMASI: "680 milyon manat..." - VİDEO https://kanal1.az/2023/12/24/deputatdan-uaqpulu-aiqlamasi-680-milyon-manat-vdeo.html https://kanal1.az/2023/12/24/deputatdan-uaqpulu-aiqlamasi-680-milyon-manat-vdeo.html Deputatdan UŞAQPULU AÇIQLAMASI: "680 milyon manat..." - VİDEO

YAP-çı deputat Elman Nəsirov "TV Musavat"ın efirində yayımlanan "Canlı debat" verilişində iştirak edib.

Publika.az xəbər verir ki, deputat uşaqpulu məsələsindən danışıb.

Dövlət tərəfindən edilən sosial yardımları sadalayan Elman Nəsirov hesab edir ki, "uşaqpulu verilmir" ifadəsini işlətmək düzgün deyil.

O qeyd edib ki, 611 min uşaq digər kateqoriayalar altında sosial müavinət alır və bu məqsədlə dövlət tərəfindən 680 milyon manat vəsait ayrılıb.

Verilişin sözügedən hissəsini təqdim edirik:

]]>
kanal Sun, 24 Dec 2023 12:50:59 +0400
Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib https://kanal1.az/2023/12/24/hid-aillrin-mharib-lillrin-daha-200-mnzil-v-frdi-ev-verilib.html https://kanal1.az/2023/12/24/hid-aillrin-mharib-lillrin-daha-200-mnzil-v-frdi-ev-verilib.html Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib.

"Report” xəbər verir ki, Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təqdim edib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər əldə etdiyi 44 günlük Vətən Müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının beş dəfə genişləndiyi vurğulanıb.

Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1 300, postmüharibə dövründə 5 800, ümumilikdə ötən dövrdə 14 600 mənzil və fərdi ev verilib.]]>
kanal Sun, 24 Dec 2023 12:50:03 +0400