Səhiyyə - Kanal1.az https://kanal1.az/ tr Səhiyyə - Kanal1.az DataLife Engine Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA https://kanal1.az/2023/11/30/uaq-peyvndlri-lkmiz-hindistandan-gtirilir-rsm-aiqlama.html https://kanal1.az/2023/11/30/uaq-peyvndlri-lkmiz-hindistandan-gtirilir-rsm-aiqlama.html Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA


Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında uşaqlara vurulan peyvəndlərin Hindistandan gətirilməsi, tərkibinin keyfiyyətsiz olması, bu səbəbdən valideynlərin özəl xəstəxanalara üstünlük vermələri barədə iddialara münasibət bildirib.

Nazirlikdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın həm dövlət, həm də özəl tibb müəssisələrində peyvəndlər milli peyvənd təqviminə əsasən 6 yaşınadək uşaqlara vurulur:

"2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.]]>
kanal Thu, 30 Nov 2023 09:55:29 +0400
Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA https://kanal1.az/2023/10/03/azrbaycanda-xstlr-drmanlar-pulsuz-verilck-rsm-aiqlama.html https://kanal1.az/2023/10/03/azrbaycanda-xstlr-drmanlar-pulsuz-verilck-rsm-aiqlama.html Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
"Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”.

Bu barədə "Trend”in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.

"Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”, - deyə əlavə edilib.]]>
kanal Tue, 03 Oct 2023 13:38:24 +0400
ÜST-dən koronavirusla bağlı çağırış: COVID-19-un mənşəyi... https://kanal1.az/2023/09/18/st-dn-koronavirusla-bal-ar-covid-19-un-mnyi.html https://kanal1.az/2023/09/18/st-dn-koronavirusla-bal-ar-covid-19-un-mnyi.html ÜST-dən koronavirusla bağlı çağırış: COVID-19-un mənşəyi...

ÜST Çini COVID-19-un mənşəyi haqqında daha çox məlumat verməyə çağırdı.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bu virusun mənşəyi hələ də bəlli olmadığı üçün bu məsələni araşdırmaq üçün ikinci nümayəndə heyətini göndərməyə hazırdır.

Hazırda Covid-19-un mənşəyi ilə bağlı iki məşhur nəzəriyyə nəzərdən keçirilir: virusun Uhandakı dəniz məhsulları bazarında heyvandan insana ötürülməsi və ya yerli laboratoriyadan sızması.

Alimlərin fikrincə, hazırda dünya pandemiyanın kəskin mərhələsi təhlükəsi ilə üz-üzə deyil, lakin ölkələr virusun digər mutasiyaya uğramış variantlarına nəzarəti gücləndirməlidir.

Xatırladaq ki, Covid-19 epidemiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 30 yanvar 2020-ci il tarixində ÜST bu epidemiyanı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti və 11 mart 2020-ci il tarixində pandemiya elan etdi.]]>
kanal Mon, 18 Sep 2023 09:45:47 +0400
Sağlamlıq haqqında arayışın ödənişli olması narazılıq doğurdu - VİDEO https://kanal1.az/2023/09/12/salamlq-haqqnda-arayn-dnili-olmas-narazlq-dourdu-vdeo.html https://kanal1.az/2023/09/12/salamlq-haqqnda-arayn-dnili-olmas-narazlq-dourdu-vdeo.html Sağlamlıq haqqında arayışın ödənişli olması narazılıq doğurdu - VİDEO


Peşə, orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən, yeni işə qəbul olunanlardan və digər hallar üzrə vətəndaşlardan sağlamlıq haqqında arayış tələb olunur.

Publika.az xəbər verir ki, bir müddət əvvələdək ödənişsiz olan bu arayışı əldə etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə vətəndaşlar artıq rüsum ödəyirlər.

Rüsumun məbləği isə 40 manat 12 qəpikdir.

Bəzi vətəndaşlar bu məbləğin yüksək olmasından və illərdir ödənişsiz aldıqları arayış üçün hazırda pul ödənilməsindən narazıdırlar.

"ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

]]>
kanal Tue, 12 Sep 2023 09:42:06 +0400
Dünyada sürətlə yayılan COVID-19 Azərbaycana qayıdır? - Ekspert deyir ki, sərt karantin tədbirlərinə... https://kanal1.az/2023/08/19/dnyada-srtl-yaylan-covid-19-azrbaycana-qaydr-ekspert-deyir-ki-srt-karantin-tdbirlrin.html https://kanal1.az/2023/08/19/dnyada-srtl-yaylan-covid-19-azrbaycana-qaydr-ekspert-deyir-ki-srt-karantin-tdbirlrin.html Dünyada sürətlə yayılan COVID-19 Azərbaycana qayıdır? - Ekspert deyir ki, sərt karantin tədbirlərinə...





ÜST 28 gündə dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirib. İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub. 2300-dən çox insan dünyasını dəyişib. Virusun sürətlə yayılması dünya və ölkəmiz üçün nə qədər təhlükəlidir?

Məsələ ilə bağlı infeksion xəstəliklər uzmanı Dr. Vasif Əliyev Publika.az-a açıqlamasında qeyd edib ki, qlobal miqyasda baxdığımız zaman yoluxmaların sayı artsa da, ölüm halların sayında, əksinə azalma müşahidə olunur:

"Ümumi götürsək, bu, son mutasiyanın dünyada yayılmasına bağlı bir məsələdir. Koronavirusda son mutasiya - Omikronun EG.5 variantı əvvəlki tiplərindən fərqli olaraq, daha yüksək yoluxdurma qabiliyyətini sahibdir. Amma xəstəlik ağır keçmir, xəstəxanada yatmağa ehtiyac olmur. Bu baxımdan qorxulu hal deyil. Üstəlik, Azərbaycanda hələ ciddi bir "Covid-19” infeksiyasına yoluxma və Omikronun EG.5 virus təsdiqlənməyib”.

Həkimin sözlərinə görə, hazırda virusun belə sürətlə yayılmasına səbəb tətil və səyahətlər deyil:

"Sadəcə mutasiya ilə əlaqəlidir. Daha sürətli yayıldığından insanların çoxu yoluxur. Ölkəmizdə olub-olmaması sual altındadır. Gələcəklə bağlı dəqiq nə isə demək olmaz. Bütün bunları zamanla görəcəyik. Amma ciddi bir təhlükə olduğunu da düşünmürəm.

ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə dördüncü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinın tətbiqinə ehtiyac yoxdur”.]]>
kanal Sat, 19 Aug 2023 11:24:31 +0400
ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi https://kanal1.az/2023/08/05/st-dnyada-yaylma-riski-yksk-olan-xstlik-bard-byanat-verdi.html https://kanal1.az/2023/08/05/st-dnyada-yaylma-riski-yksk-olan-xstlik-bard-byanat-verdi.html ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba (xolera) xəstəliyinin dünyada yayılma riskini çox yüksək kimi qiymətləndirib.

Bu barədə təşkilatdan məlumat verilib.

2023-cü ilin əvvəlindən 25 ölkədə vəba epidemiyası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə doqquz ölkə çoxdur.

Bildirilib ki, vəbaya yoluxma ilə bağlı son bildiriş ÜST-ə mayın ortalarında Hindistandan gəlib. Təşkilat qeyd edib ki, xəstəliyin getdikcə yayılma riski vaksinlərin və digər resursların olmamasından qaynaqlanır.

Bəzi bölgələrdə vəbanın yayılması həmçinin Qərbi Afrikada maydan oktyabr ayına qədər davam edən yağış mövsümü ilə də əlaqələndirilir. ÜST əmindir ki, ən çox Cənubi Amerikanın cənubunda, ABŞ-nin cənubunda, Afrika buynuzu və Mərkəzi Asiyada güclü yağışlara səbəb olan El-Ninyo təbiət hadisəsi bu xəstəliyin yayılmasına səbəb ola bilər.

Bundan əlavə, El-Ninyo suyun temperaturunu yüksəldir və bununla da vəba vibrionun çoxalması üçün daha əlverişli şərait yaradır. Bu eyni zamanda regionlarda yeni vəba epidemiyalarına səbəb ola bilər.

ÜST-dən verilən məlumata görə, xəstəliyin yayılması ilə bağlı ən çətin vəziyyət Afrikada müşahidə edilir. İlin əvvəlindən indiyədək Konqo Demokratik Respublikası, Kamerun, Mozambik, Somali, Efiopiya, Cənubi Afrika Respublikası və digər ölkələr daxil olmaqla 14 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.

Vəba - vəba vibrionlarının yaratdığı xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyin  orqanizmə daxil olması çirklənmiş qida və ya su vasitəsilə baş verir.]]>
kanal Sat, 05 Aug 2023 14:47:45 +0400
“Baş həkim özünü elə aparır, sanki padşahdır” – NARAZILIQ VAR! https://kanal1.az/2023/07/06/ba-hkim-zn-el-aparr-sanki-padahdr-naraziliq-var.html https://kanal1.az/2023/07/06/ba-hkim-zn-el-aparr-sanki-padahdr-naraziliq-var.html “Baş həkim özünü elə aparır, sanki padşahdır” – NARAZILIQ VAR!

 

 

"5 saylı Şəhər Klinik Xəstəxanasında İcbari Tibbi Sığorta paketinə daxil olan MRT müayinəni bizə pulla satdılar”.

Bunu Meydan TV-yə Camal Şabanov adlı vətəndaş deyir.

O bildirir ki, iyunun 13-də beyin qan dövranı pozğunluğu diaqnozu ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin müayinə zamanı ona Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçmək lazım olduğunu bildiriblər:

"Xəstəxanada mənimlə rüşvət davasına çıxdılar. Dedilər ki, səni tibbi sığorta ilə MRT-yə göndərməliyik. Göndərmək istəmirdilər, pul gözləyirdilər. Sığorta ilə olan MRT müayinəni oğluma pulla satdılar. Oğlum polisə şikayət edəcəyini dedi. Qorxudan pulu geri qaytardılar. Oğlum hay-küy saldı ki, atama kömək edin. Dedilər ki, atanı taksiyə qoy, "Həyat” klinikasına apar, orada MRT müayinədən keçsin”.

"Oğlum polisə şikayət edəcəyini deyəndən sonra məni axşam saat 6-dan sonra Təcili Yardıma maşınına qoyub, silkələyə-silkələyə "Həyat” klinikasına apardılar. Ora çatanda məlum oldu ki, MRT edən işçi saat 5-də evinə gedib. Təzədən məni maşına qoyub silkələyə-silkələyə 5 nömrəliyə qaytardılar. Qulağımla eşitdim, məni maşından düşürəndə, Təcili Tibbi yardım maşınının sürücüsü dedi ki, bu sağ qaldı ki. Anladım ki, bunun hamısı baş həkimin oyunlarıdır”, – deyə o bildirib.

Camal Şabanov iddia edir ki, xəstəxanada həm də antisanitariya baş alıb gedir:

"Təsəvvür edin, palatada siçovullar qaçırdı. Ziyarətimə gələn qohumlarımdan rüşvət alıb, sonra yanıma buraxırdılar. Orada bir gün qaldım, növbəti gün ərizə yazıb, özüm oradan qaçdım. Baş həkim özünü elə aparır, sanki padşahdır. Bu cür vəziyyəti o, yaradıb. Rüşvətxorluğu o yaradıb”.

Məsələ ilə əlaqədar Meydan TV-nin göndərdiyi sorğunu 5 saylı Şəhər Klinik Xəstəxanasının mətbuat xidməti cavabsız buraxıb.

MRT və KT müayinəsi icbari tibbi sığorta icbari sığorta zərfinə daxildir. //Meydan TV//

 

]]>
kanal Thu, 06 Jul 2023 14:19:03 +0400
“Səhiyyə “Şapka Mamed” kimi insanların ümidinə qalıb…” – QALMAQAL https://kanal1.az/2023/06/13/shiyy-apka-mamed-kimi-insanlarn-midin-qalb-qalmaqal.html https://kanal1.az/2023/06/13/shiyy-apka-mamed-kimi-insanlarn-midin-qalb-qalmaqal.html “Səhiyyə “Şapka Mamed” kimi insanların ümidinə qalıb…” – QALMAQAL

 

 

 

Sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri, "şapka Mamed” kimi tanınan Məmməd Qurban oğlu Musayevin "Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və killerlərlə hədələnməsi haqda müraciəti yayılıb.

Tanınmış həkim-psixiatr Abdulla Şıxlinski müraciətində qeyd edir ki, "şapka Mamed” uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan "Türk-Amerikan” klinikasını alıb: "Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı.

Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış "şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı. Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək, məni işdən azad etdi. Halbuki mən həmin klinikaya işə götürüləndə də, mənim Azərbaycan sertifikatımın vaxtı keçmişdi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə həyata keçirilən psixiatrik xəstəxanalarda ağır xəstələrlə işləmişəm, hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyil, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hazırda klinikaya rəhbərlik edən Xuraman da deyir. Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu "şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.
Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.

Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil. İşçinin maaş kartı özündə olmalıdır. Bunlar isə kartları alıb özlərində saxlayırdılar. Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltdirib. Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər. Bəs bu pulu mənə kim verməlidir?”

Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: "Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib, sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir. Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, "sertifikat üçün Səhiyyə Nazirliyi 17 min manat pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu”-bu Xuramanın sözləridir”.

Həkim şikayətində qeyd edir ki, Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxıb: "Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır. Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir. Səhiyyə "Şapka Mamed” kimi insanların ümidinə qalıb.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini yayımlamağa hazırıq.
Musavat.com


]]>
kanal Tue, 13 Jun 2023 11:00:27 +0400
Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO https://kanal1.az/2023/06/03/vaxtil-grcstandan-malic-n-glirdilr-indi-is-hkim-taplmr-foto.html https://kanal1.az/2023/06/03/vaxtil-grcstandan-malic-n-glirdilr-indi-is-hkim-taplmr-foto.html Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO
Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO
Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO
Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO
22 mindən çox əhalisi olan Balakənin Qabaqçöl qəsəbəsinin xəstəxanası qəzalı vəziyyətdədir.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, Qabaqçöl qəsəbəsi rayonun ən ucqar yaşayış məntəqəsi hesab olunur.

Altı kəndi və bir qəsəbə mərkəzini birləşdirən bu qəsəbədə 22 mindən çox əhali yaşayır. Qəsəbədə lazımi infrastruktur yaradılsa da, xəstəxana qəzalı vəziyyətdədir, təcili yardım heç 3-4 saata gəlmir.

Kənd sakinlərinin, xüsusən, ağsaqqalların müraciəti əsasında Qabaqçöl xəstəxanasındakı vəziyyətlə tanış olmaq məqsədilə əməkdaşlar deyilən məkana yollanıblar.

Onlar sakinlərlə xəstəxananın həyətinə daxil olsalar da, sonradan TƏBİB-dən qadağa gəlib və onları bayıra çıxarıblar.

Əməkdaşları müşayiət edən kənd ağsaqqalı Hacı Osmanov sakinlərə qarşı bu hərəkəti biabırçılıq kimi qiymətləndirib:

"Bu TƏBİB-in öz biabırçılığıdır. Axı yaxşı bilirlər ki, daxildə vəziyyət nə gündədir. Xəstəxananın döşəməsi, tavanı, həkimi yoxdur. Həkimlərimiz var, sadəcə hamısını rayon mərkəzi xəstəxanasında işlədirlər. Bir dənə təcili yardım maşını yoxdur. Buradan Balakənə 35-40 km yol edir, kəndin başından Balakən mərkəzi xəstəxanasına təcili yardım çağırası olsaq, gəlməkləri 3-4 saat vaxt çəkir”.

Vaxtilə burada Gürcüstandan gəlib müalicə olunublar

Qəsəbə ağsaqqallar şurasının sədri Hacı Osmanov çıxılmaz vəziyyətdə qaldıqlarını deyib.

Rəsmi müraciət yazaraq dəfələrlə TƏBİB rəhbərliyini qəsəbəyə dəvət etdiklərini, lakin bir faydası olmadığını vurğulayıb. Digər qəsəbə ağsaqqalı Maqsud Bazarov da onlara boş vədlər verildiyini söyləyib:

"İndi ailə sağlamlıq mərkəzi adlandırıblar. Amma bu, vaxtilə Qabaqçöl kənd xəstəxanası olub. Böyük xəstəxana idi və bütün şöbələri vardı. Şəxsən mən 50-ci illərdə burada müalicə olunmuşam. Gürcüstandan hətta buraya müalicəyə gəlirdilər. Bundan əlavə hələ bir ambulatoru da vardı. O da ləğv olunub getdi”.

Dünya, Avropa və Olimpiya çempionları yetişdirən qəsəbə

Qeyd edək ki, Qabaqçöl qəsəbəsi dünya və olimpiya çempionları, məşhur ziyalıları ilə tanınır. Sakinlər qəsəbədə infrastrukturun yetərincə yeniləndiyini, təkcə sağlamlıq baxımından ciddi problemlə qarşılaşdıqlarını deyiblər. Digər qəsəbə sakini, sahibkar Musa Dibirov qəsəbənin infrastrukturundan razılıq edib.

Deyib ki, qəsəbədə ən vacib infrastruktur obyektlərindən biri yanğınsöndürmə məntəqəsidir ki, inşa olunub. İkincisi - polis şöbəsidir ki, ötən il istifadəyə verilib və qəsəbənin mərkəzində ikimərtəbəli binada yerləşir.

M.Dibirov qəsəbə sakinlərinin çətinliyinin yalnız xəstəxana ilə bağlı olduğunu bildirib:

"Biz dəfələrlə Səhiyyə Nazirliyindən, TƏBİB-dən xahiş eləmişik ki, bu, yenidən inşa olunsun”.

Musa Dibirov ümid edir ki, onların səsinə səs verən tapılacaq. Kənd ağsaqqalı Hacı Osmanov bildirib ki, qəsəbə ərazisində ondan çox tanınmış həkim var və hazırda onlar müxtəlif yerlərdə çalışırlar. Əgər xəstəxana olacaqsa, onların hamısı qəsəbəyə dönüb elə buradaca fəaliyyətlərini davam etdirmək istəyirlər.

Xəstəxana önündə kənd ağsaqqalları ilə birsaatlıq söhbət ərzində Balakən Rayon İcra Hakimiyyəti və yerli strukturların dərhal reaksiya göstərməsi diqqətdən yayınmayıb. Qəsəbə bələdiyyə və icra nümayəndələri gələrək sakinlərin haqlı olduğunu qeyd ediblər.

Qəsəbə icra nümayəndəsi Cuma Xəlilov bildirib ki, onlarda olan məlumata əsasən, burada Ailə və sağlamlıq mərkəzi inşa olunacaq.

Məsələ ilə əlaqədar TƏBİB-ə sorğu ünvanlanıb. Üzərindən günlər keçməsinə baxmayaraq, nə cavab verilib, nə də münasibət bildirilib...]]>
kanal Sat, 03 Jun 2023 13:56:36 +0400
Kardiologiya İnstitutunda dözülməz idarəçilik və Səhiyyə Nazirliyinin gizlədilən yoxlaması https://kanal1.az/2023/05/25/kardiologiya-nstitutunda-dzlmz-idarilik-v-shiyy-nazirliyinin-gizldiln-yoxlamas.html https://kanal1.az/2023/05/25/kardiologiya-nstitutunda-dzlmz-idarilik-v-shiyy-nazirliyinin-gizldiln-yoxlamas.html Kardiologiya İnstitutunda dözülməz idarəçilik və Səhiyyə Nazirliyinin gizlədilən yoxlaması

 

 

 

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ətrafında söz-söhbətlər tükənmək bilmir.

Mətbuatda İnstitutun direktoru Gülnaz Dadaşova ilə bağlı dəfələrlə dəfələrlə yazılsa və Səhiyyə Nazirliyi institutda bir həftə yoxlama aparsa da, vəziyyət dəyişməyib.

O da maraqlıdır ki, nazirlik bu yoxlamaların nəticələri haqda məlumatları nədənsə hələlik gizli saxlayır.

İnstitutdan gələn şikayətlərin isə ardı-arası kəsilmir.

"Arqument.az”a verilən məlumatda bildirilir ki, bu günlərdə müayinə üçün girişdə xəstələrə verilən talonlar üçün bütün həkimlərdən adambaşına 10 manatdan pul yığılıb: "Halbuki İnstutut dövlət büdcəsindən maliyyələşir. Bu talonlar üçün büdcədən maliyyə ayrılır. Ancaq buna baxmayaraq, talonlar qeyri-qanuni olaraq, həkimlərdən məcburi pul yığılaraq alınır”.

Kardiologiya İnstitunun əməkdaşlarının narazı olduğu məsələ yalnız bundan ibarət deyil. 

Həkimlərin dediyinə görə, İnstitutda elə qanunsuzluqlar baş verir ki, "talon pulu” məsələsi onların yanında çox xırda məsələdir:

"Ən əsas problemlərdən biri İnstitutdakı mühit, despotik idarəçiliklə bağlıdır. Gülnaz Dadaşovanın direktor təyin olunmasından sonra "Elmi-Tədqiqat” sözü yalnız İnstitutun adında qalıb. Kardiologiya İnstitutu artıq elm ocağı olmaqdan çıxıb. Gülnaz Dadaşovanı burada hansısa elmi tədqiqatların aparılıb-aparılmaması maraqlandırmır.

Onu maraqlandıran yeganə məsələ pul qazanmaqdır. O, böyük bir kollektivi "özününkülər” və "yadlara”a ayırıb. Kim onun dediklərinə əməl etmir, qanunsuz tələblərinə etiraz edirsə, həmin adam dərhal gözümçıxdıya salınır, təzyiqlərə məruz qalır, inzibati üsullarla ya zərərsizləşdirilir, ya da işdən uzaqlaşdırılır. İnstitutun direktoru özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapıda gözlədir, onlarla çox kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.

Həkimlərin dediyinə görə, Səhiyyə Nazirliyinin apardığı yoxlamalara qədər İnstitutda VİP otaqlar imkanlı xəstələrə pulla verilirmiş:

"Lakin yoxlama gələndən sonra həmin VİP palataların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ancaq buna baxmayaraq, onun və yaxın ətrafının qanunsuz əməlləri davam edir. O, direktor təyin olunandan İnstitutun hərbi çağırışçılarla məşğul olan həkim komissiyasının üzvlərindən istifadə edərək, saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dəfələrlə xəstələrdən "fond pulu” yığılıb, palatalar onlara satılıb. 400 milliletirlik sistemlər tərkib hissələri nəzərə alınmadan, gigiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünür. Köhnə, vaxtı keçmiş dərmanlar xəstələrə sırınır, təzə dərmanlar aptek şəbəkəsi vasitəsi ilə satılır. Funksional həkimlərdən 300-500 manat civarında pul yığılması, bu qaydaya əməl etməyənlərin isə işdən uzaqlaşdırılması da rəhbərliyin qanunsuz əməllərinin tərkib hissəsidir”.

Kardiologiya İnstitunun əməkdaşlarının bildirdiyinə görə, Gülnaz Dadaşova faktiki olaraq, böyük kliniki və elmi məktəbir:

"Çünki bu xanım vəzifəyə gələndə elə birinci zərbəni elmi dərəcəsi olan işçilərə vurdu. Belə ki, institutun elmi katibini, tibb elmləri doktoru Sona Qəhrəmanovanı qeyri-qanuni olaraq işdən azad etdi. Uzun müddət onların arasında məhkəmə çəkişməsi oldu. Nəhayət, Ali Məhkəmənin qərarı ilə elmi katib Sona Qəhrəmanova öz vəzifəsinə qayıtdı. Ancaq o, yenə də təzyiq və təhdidlərə məruz qaldı. Gülnaz Dadaşova ona öz vəzifəsini icra etməyə imkan vermədi. Bu səbəbdən Sona Qəhrəmanova öz xoşu ilə işdən çıxmaq məcburiyyəyində qaldı”.

"Cəzasız qaldıqca Gülnaz Dadaşova öz çirkin əməllərini davam etdirir və təkmilləşdirir. Belə ki, təzyiqlərinə qanun donu geyindirərək, izahat və töhmətlərlə 40 il elmi və kliniki fəaliyyətini İnstituta həsr edən tanınmış alim və peşəkar həkim, tibb elmləri doktoru Elman Ələkbərovu da ərizə yazıb işdən getməkməcburiyyətində qoydu.

Direktor işçilərə elmi fəaliyyət üçün heç bir şərait yaratmır. O, maddi-texniki bazanı təkmilləşdirmək əvəzinə elmi işçiləri plagiat məqalələr yazmağa, özünün də adını başlıqda qeyd etməyə məcbur edir və bununla İnstitutun elmi fəaliyyətini təsdiqləmək istəyir. Bu 4 il ərzində elmi dərəcəyə layiq olan heç bir elmi iş icra olunmayıb. Hər bir əməlini "TƏBİB və İcbari Sığortanın tələbidir” adı altında "əsaslandıran” direktor elmi işçilərin otaqlarını əllərindən aldı. Boşalan otaqlar hesabına palataların sayını artırdı, elmi işçiləri isə sanitar və gigiyenik normalara uyğun olmayan otaqlarda (9 kvadrat metrəlik otaqda 6 nəfər oturur) yerləşdirərək, institutu şəxsi gəlir mənbəyinə çevirdi”, – deyə məlumatda bildirir.

Rəhbərlikdən narazı olan əməkdaşlar qeyd edirlər ki, 40 ildə yaradılan institut 4 ilə,  demək olar ki, dağıdılıb: 

"İnstitutun direktoru rentgen aparatını təmir etmək əvəzinə rentgen kabineti ləğv etdi. Buna görə də stasionar və ağır ambulator xəstələr rentgen müayinəsi üçün 5 saylı xəstəxanaya göndərilirlər. Direktor sonradan guya bununla əlaqəli  narazılıqları "nəzərə alaraq” modul xəstəxanada istifadə olunan portativ rentgen aparatını gətirilib 2-ci mərtəbədə sanitar-gigiyenik normalara uygun gəlməyən, rentgen şüalarından izolyasiyası olmayan adi exokardioqrafiya otağında yerləşdirdi. Kollektiv bundan narazı qaldı və yazılı surətdə direktora müraciət etdi. Kollektivin narazılığından ehtiyat edən direktor rentgen aparatını otaqdan çıxartdırsa da, kiçik tibbi personalın və həkimlərin bəzilərinə hədə-qorxu gələrək təzyiq göstərdi”.

Şikayətçilərin sözlərinə görə, İnstitutda icbari tibbi sığorta məsələsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilir. Belə ki, bonusların paylanmasında problemlər yaşanır:

"Həkimlərə bonuslar qanunvericilikdə nəzərdə tutulduğu kimi deyil, aşağı məbləğdə verilir. Bəzi əlavələr isə ümumiyyətlə verilmir. Bununla əlaqədar olaraq  vaxtilə TƏBİB-ə və İcbari Sığortanın icraçı nümayəndələrinə şifahi və yazılı surətdə müraciətlər olundu, yoxlamalar gəldi. Lakin necə oldusa, Gülnaz Dadaşova yenə də bu məsələnin altından "aydan arı, sudan duru” çıxdı. İnstitutda işçilərin səbir kasanını daşıran son damla qəbul şöbəsinin növbətçi hıkimlərinə dövlət tətəfindən müəyyən olunmuş qanuni məvacibin kəsilməsi oldu. Onların şikayətlərinin araşdırılması əsnasında məlum oldu ki, həkimlərin qanuni maaşı kəsilib və şöbələrə yeni təyin olunmuş növbətçi həkimlərin maaşlarının üzərinə növbə sayına görə bonus şəklində əlavə olunub.

"Hazırda institutda hər kəs növbədənkənar, bir və yaxud iki həftəlik qanuni məzunyyət götürməyə ehtiyat edir. Çünki hamı bilir ki, məzuniyyət pulu verilməyəcək, bu azmış kimi növbəti ay maaşdan da kəsiləcək. Ümumiyyətlə, son 3 ay ərzində işçilərə pressinq daha da artıb. İnstitutun əməkdaşlarınaa töhmət vermək adi hala çevirilib. Son 3 ayda 10 nəfərdən çox əməkdaşa töhmət verilib və başqa cəza tədbirləri görülüb. Direktor statusu, elmi dərəcəsindən asılı olmayaraq, hər kəsi kiçicik səhvinə görə izahat yazmağa və izahatın sonuna "mən bir daha belə etməyəcəm” cümləsini əlavə etməyə məcbur edir.

Elmi dərəcəsi olan, yaşlı, təcrübəli alimlər sanki körpə uşaqdırlar. Gülnaz Dadaşova normal idarəçiliyə xas olmayan bu cür "metod”larla İnstitutun əməkdaşlarını alçaldır və təzyiq altında saxlayır. Bir sözlə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu elm ocağından, elmi təkmilləşmə klinikasından "islah koloniyasına” çevirilib. Bu təzyiq və təhdidlərə, hədə-qorxuya, həkim və alim hüququnun tapdalanmasına məruz qalan əməkdaşların İnstitutdan başqa klinikalara axını başlayıb. Tibb üzrə fəlsəfə doktoru Rufanə Abdullayeva, elmi işçi Afət Quliyeva məhz İnstitutda yaradılan dözülməz, aşağılayıcı mühitə görə, öz xoşları ilə institutdan uzaqlaşmaq məcburiyyətində qaldılar. Belə getsə, İnstitutda  kardiologiya elminin inkişafı və tərəqqisi üçün çalışan heç bir dəyərli alim qalmayacaq”, – şikayətçilər qeyd edirlər.

Onların sözlərinə görə, Kardiologiya İnstitunda bu "qayğı” və "diqqət” yalnız elmi işçilərə, tibbi personala deyil, xəstələrə də göstərilir:

"Yay aylarında ağır ürək çatmazlığı və tənəffüs problemləri olan xəstələr isti otaqlarda boğulur. Otaqlarda kondisioner yoxur. Koridorlardakıkondisionerlər isə həkimlər tərəfindən pul yiğılaraq alınıb. Bütün inzibati kabinetlərdə, direktorun otağında isə müasir komdisionerlər quraşdırılıb. Şöbələrdə yatan 40-50 xəstəyə yalnız 2 tualet fəaliyyət göstərir, yuyunmaq üçün nə xüsusi otaq ayrılmayıb, nə də isti su yoxdur”.

Şikayətdə qeyd olunan məqamlarla bağlı Kardiologiya İnstitunun direktorunun mövqeyi öyrənmək mümkün olmayıb.

AZƏRBAYCANREALLIĞI.COM 

]]>
kanal Thu, 25 May 2023 11:45:06 +0400