Kanal1.az https://kanal1.az/ tr Kanal1.az DataLife Engine AÇIQLAMA https://kanal1.az/2024/04/24/aiqlama.html https://kanal1.az/2024/04/24/aiqlama.html  

AÇIQLAMA

 

 
BİLƏSUVAR RAYON ZƏFƏR YOLU ADLANAN YOLUN KƏNARINDA LEYLİ XUDAVERDİYEVAYA MƏXSUS YOLUXUCU XƏSTƏLİKLƏRİN BAŞ ALIB GETDİYİ VƏ GƏLƏCƏYİMİZ OLAN GƏNCLƏRİN TƏLİM TƏRBİYƏSİNİN POZULDUĞU BİR ƏXLAQSIZLIQ YUVASI KANAL1.AZ İNFORMASİYA XƏBƏR PORTALINDA YAYIMLANMIŞ YAYIM İLƏ BAĞLI OLARAQ BİLƏSUVAR RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ NƏSİB MÜƏLLİMİN TAPŞIRIĞI, HƏMÇİNİN TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ SÖZÜGEDƏN ƏXLAQSIZLIQ YUVASI BAĞLANMIŞDIR. BU BARƏDƏ AÇIQLAMANI DİN-NİN CƏNUB REGİONAL MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ MƏHƏMMƏD RZAYEV BİLDİRMİŞDİR.
 
Nəsib müəllimin heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Nəsib müəllim elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
 
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Nəsib müəllimə və onun bütün kollektivinə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
 
 
KANAL1.AZ İNFORMASİYA XƏBƏR PORTALININ BAŞ REDAKTORU
ARZU ORUCOV

]]>
kanal Wed, 24 Apr 2024 10:54:55 +0400
“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq https://kanal1.az/2024/04/24/whatsapp-istifadilri-n-inanlmaz-yenilik-internetsiz-olacaq.html https://kanal1.az/2024/04/24/whatsapp-istifadilri-n-inanlmaz-yenilik-internetsiz-olacaq.html “WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq


"WhatsApp” istifadəçiləri "Yaxınlıqdakı insanlar” adlı yeni funksiya ilə oflayn sənədlər, media və ya digər faylları paylaşa biləcəklər.

Publika.az xəbər verir ki, "WhatsApp”ın istifadəçilərə faylları oflayn köçürməyə və paylaşmağa imkan verən yeni funksiyanı sınaqdan keçirdiyi bildirilir.

Məlumata görə, "WhatsApp People Nearby” qurğular arasında faylları ötürmək üçün "Bluetooth”-dan istifadə edəcək.

Bu xüsusiyyətin "iOS” istifadəçilərinə uyğun gəlib-gəlməyəcəyi və ya "WhatsApp”ın bu funksiyanı bütün istifadəçilərə nə vaxt təqdim etməyi planlaşdırdığı hələlik bəlli deyil.]]>
kanal Wed, 24 Apr 2024 09:55:43 +0400
Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN https://kanal1.az/2024/04/24/rsmn-aqland-uaya-qayd-balayr-bu-tarxdn.html https://kanal1.az/2024/04/24/rsmn-aqland-uaya-qayd-balayr-bu-tarxdn.html Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN




Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində "Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, gələn ay biz 30 il aradan sonra doğma şəhərlərinə qayıdan ilk köç karvanını qarşılayacağıq. Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq.

Bu komplekslə birlikdə 2026-cı ilin sonuna hədəfimiz 110 yaşayış binası inşa etməkdir. Bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq”, - o vurğulayıb.]]>
kanal Wed, 24 Apr 2024 09:55:18 +0400
Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir https://kanal1.az/2024/04/24/bak-rvan-bel-allandrr-ermnistann-daha-bir-simvolik-gnn-tqvimdn-silir.html https://kanal1.az/2024/04/24/bak-rvan-bel-allandrr-ermnistann-daha-bir-simvolik-gnn-tqvimdn-silir.html Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir


Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma "soyqırımı” yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir.

- Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilər qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər;
- 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın "məğlubiyyət günü” (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü;
- 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra – 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür;
- 24 aprel qondarma "erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir;

Baş verənlər Ermənistanın qondarma tarixinin dəyişdirilməsi, ermənilərin reallığa qayıtması baxımından da əhəmiyyətlidir. Azərbaycan bu addımları ilə təkcə tarixi ədaləti bərpa etmir, həm də erməniləri ağıllandırır.]]>
kanal Wed, 24 Apr 2024 09:54:51 +0400
KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək https://kanal1.az/2024/04/24/ktmt-dn-rvana-xbrdarlq-cnubi-qafqazda-gc-balans-dyick.html https://kanal1.az/2024/04/24/ktmt-dn-rvana-xbrdarlq-cnubi-qafqazda-gc-balans-dyick.html KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək




Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda regional təhlükəsizliyin təsirini indi proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan bəzi faktorlar işə düşəcək.

Publika.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov katibliyin analitiklərinin məlumatlarına əsaslanaraq "İzvestiya”ya müsahibəsində deyib .

"Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan qarşıdurma ehtimalını müzakirə edərkən, tərəflərin resurs bazası və real imkanlarını nəzərə almaq lazımdır, ona görə də bu məsələ, hətta hazırda belə olsa belə. son dərəcə təcili olaraq təsnif edilə bilməz, təhlil tələb edir”, - deyə o bildirib.

Tasmaqambetov qeyd edib ki, sürətlə dəyişən dünyada suverenlik əlavə dəyər qazanır və səmərəli müttəfiqliyin əsas meyarlarından birinə çevrilir. Bu baxımdan, onun fikrincə, KTMT bu amilin tam nəzərə alındığı bir assosiasiyadır.

O xatırladıb ki, Ermənistan KTMT-nin işində iştirakını məhdudlaşdırıb, bununla belə, əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləyir və təşkilatın gündəliyi üzərində iş davam edir. Tasmaqambetov əlavə edib ki, təşkilatın Ermənistan qarşısında bütün öhdəlikləri nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır.

KTMT-nin baş katibi qeyd edib ki, Qərbin Avrasiya inteqrasiya strukturları ilə bağlı siyasəti həm təşkilata, həm də onun qismən müttəfiqlərinə təsir göstərir. Eyni zamanda, KTMT-nin 30 illik təcrübəsi təşkilatın yüksək sabitlik dərəcəsini və uyğunlaşma potensialını göstərir. Onun sözlərinə görə, üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır.

"Müvafiq olaraq, İrəvanın seçimi – KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq – həm də bu müstəqil dövlətin suveren qərarı olacaq. Başqa bir sual isə Ermənistanın hazırkı rəhbərliyinin ölkənin milli təhlükəsizliyinə təhdid və riskləri necə dəyərləndirməsidir”, - o qeyd edib.]]>
kanal Wed, 24 Apr 2024 09:52:25 +0400
İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi https://kanal1.az/2024/04/24/rvan-24-apreldn-imtina-edir-painyandan-ermnilr-soyqrm-illsi.html https://kanal1.az/2024/04/24/rvan-24-apreldn-imtina-edir-painyandan-ermnilr-soyqrm-illsi.html İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi


Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı” "böyük faciə” adlandırmasıdır.

Publika.az xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı” ifadəsini işlədib, 11 dəfə isə "böyük faciə” deyib.

Erməni ekspert Varujan Qeqamyan bildirib ki, Paşinyanın çıxışında "soyqırımı”nın beynəlxalq müstəvidə tanınması məsələsinə toxunulmur, hüquqi qiymətdən bəhs edilmir.

Ermənistanda hesab edirlər ki, mövcud hakimiyyət "soyqırımı” məsələsindən imtina edir. Paşinyanın "soyqırımı qurbanları”nın 1,5 milyon olmasına şübhə etməsi, arxivlərdən onların ad və soyadlarının tapılmasını istəməsi ermənilərdə bu fikri gücləndirib.

"Hraparak” nəşri isə yazır ki, Paşinyan 24 aprel günündən imtina etməyə hazırlaşır.

"Ermənistan hakimiyyəti yaxın dövrdə "bayramlar və anım günləri” haqqında qanuna düzəliş edəcək. 24 aprelin qeyri-iş günü olması ləğv edilə bilər”, - nəşr qeyd edir.]]>
kanal Wed, 24 Apr 2024 09:51:58 +0400
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA https://kanal1.az/2024/04/24/barsaq-xstliklri-olan-insanlar-n-n-faydali-qda.html https://kanal1.az/2024/04/24/barsaq-xstliklri-olan-insanlar-n-n-faydali-qda.html Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA


"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır”.

Bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib.

Həkim bağırsaq problemi olan insanları bu məşhur və əlçatan məhsulu qida rasionlarına əlavə etməyə çağırıb.

Endokrinoloq qeyd edib ki, qırmızı kələmin suyu faydalı bakteriyaların artmasını stimullaşdırır, Kron xəstəliyi və xoralı kolitin simptomlarını aradan qaldırır.

"Bundan əlavə, qırmızı kələmin təzə çəkilmiş şirəsi qoruyucu funksiya yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin orqanizmə sovrulmasını azaldır”, - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.

Sonda Pavlova xatırladıb ki, kələmin istənilən növü faydalıdır, çünki onun tərkibində bitki lifləri və fol turşusu var.
]]>
kanal Wed, 24 Apr 2024 09:51:28 +0400
Bu yay üçün REKORD İSTİLİK gözlənilir https://kanal1.az/2024/04/24/bu-yay-n-rekord-stlk-gzlnilir.html https://kanal1.az/2024/04/24/bu-yay-n-rekord-stlk-gzlnilir.html Bu yay üçün REKORD İSTİLİK gözlənilir


Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nəticələri "Geophysical Research Letters” jurnalında dərc olunub.

Proqnoz Hindistan və Afrikanın çox hissəsi, Mərkəzi və Cənubi Amerika və Avstraliya da daxil olmaqla dünyanın bir çox bölgəsinə aiddir, eyni zamanda Florida və Texası da əhatə edir.

Qeyd edək ki, sağlam insanların əksəriyyəti quru istiliyə dözə bilər, lakin yüksək temperatur və yüksək rütubətin birləşməsi bədən üçün ciddi stress yaradır. Rütubət nə qədər yüksək olarsa, tər bir o qədər az buxarlanır, soyutma təsirini azaldır və bədən istiliyini normal hədlər daxilində tənzimləməyi çətinləşdirir.]]>
kanal Wed, 24 Apr 2024 09:50:52 +0400
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO https://kanal1.az/2024/04/24/made-in-karabakh-rablarmz-yenidn-dnyaya-ayaq-ar-vdeo.html https://kanal1.az/2024/04/24/made-in-karabakh-rablarmz-yenidn-dnyaya-ayaq-ar-vdeo.html “Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Qarabağ Azərbaycanın ən qədim üzümçülük və şərabçılıq mərkəzlərindən biri olub.

İşğaldan əvvəl burada 15 min hektara yaxın üzüm sahələri salınmışdı.

Hazırda isə vaxtilə şöhrəti ilə dünyaya səs salan "Xindoqnı” üzüm sortlarından hazırlanan şərabların "Made in Karabakh” əmtəə nişanı ilə yenidən xarici bazarlara çıxarılması planlaşdırılır.

Ətraflı "İTV Xəbər”in süjetində:

]]>
kanal Wed, 24 Apr 2024 09:50:19 +0400
Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin... https://kanal1.az/2024/04/24/ermnistanda-hbs-dalasi-azrbaycanla-srhdin.html https://kanal1.az/2024/04/24/ermnistanda-hbs-dalasi-azrbaycanla-srhdin.html Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...


Ermənistan polisi Gürcüstanla sərhəddə yerləşən Baqrataşen kəndindəki keçid məntəqəsinə gedən yolu bağlayan etirazçıları saxlamağa başlayıb.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, həmin şəxslər Ermənistan-Azərbaycan sərhədində ilk sərhəd dirəklərinin quraşdırılmasa etiraz edirlər.

Jurnalistlərin sözlərinə görə, söhbət Noyemberyan-Alaverdi-Baqrataşen yollarının kəsişməsini kəsən vətəndaşlardan gedir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ehtiyatda olan polkovnik Mihran Mahsudyanı, "Vətən naminə Tavuş” təşkilatı Şurasının nümayəndəsi Mikael Martirosyanı və politoloq Suren Petrosyanı saxlayıblar.

Etirazçılardan birinin Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan olduğu da bildirilir.

Qeyd edək ki, aprelin 23-də Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.]]>
kanal Wed, 24 Apr 2024 09:49:11 +0400