İqtisadiyyat - Kanal1.az https://kanal1.az/ tr İqtisadiyyat - Kanal1.az DataLife Engine Dünya bazarında neft qiymətləri necə dəyişib? https://kanal1.az/2024/04/13/dnya-bazarnda-neft-qiymtlri-nec-dyiib.html https://kanal1.az/2024/04/13/dnya-bazarnda-neft-qiymtlri-nec-dyiib.html Dünya bazarında neft qiymətləri necə dəyişib?


"Brent” markalı neftin qiyməti 2023-cü il oktyabrın 23-dən bəri ilk dəfə olaraq bir barel üçün 92 dolları ötüb.

Bakı vaxtı ilə saat 18:41-ə olan birja məlumatlarına əsasən, "Brent” markalı neftin qiyməti 2,1% artaraq bir barel üçün 92,1 dollara (təxminən 156,5 manat) çatıb.

Qeyd olunub ki, Bakı vaxtı ilə saat 18:53-də "Brent” markalı neft artıq 91,63 dollara (+1,59%) satılıb. Eyni zamanda "WTI” markalı neftin may füçersləri 1,83% artaraq bir barelin qiyməti 87,2 dollara (təxminən 148.2 manat) çatıb.]]>
kanal Sat, 13 Apr 2024 08:37:16 +0400
Ərzaq məhsullarının qiyməti artıb: Səbəbi də bəllidir https://kanal1.az/2024/04/05/rzaq-mhsullarnn-qiymti-artb-sbbi-d-bllidir.html https://kanal1.az/2024/04/05/rzaq-mhsullarnn-qiymti-artb-sbbi-d-bllidir.html Ərzaq məhsullarının qiyməti artıb: Səbəbi də bəllidir



2024-cü ilin martında dünya ərzaq qiymətləri indeksi son 7 ayda ilk dəfə 1,1 faiz artaraq 118,3 bənd təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytında məlumat verilib.

FAO Qiymət İndeksi ən çox satılan ərzaq mallarının dünya qiymətlərindəki aylıq dəyişikliklərini izləyir. Qeyd olunur ki, mart ayı artımı digər amillərlə yanaşı, bitki yağları, süd məhsulları və ətin kotirovkalarının artması ilə əlaqədar olub. Belə ki, birinci kateqoriya üzrə indeks 0,8 faiz, ikinci kateqoriya üzrə 2,9 faiz, üçüncü kateqoriya üzrə isə 1,7 faiz artıb.

Bununla yanaşı, aparıcı istehsalçı ölkələrdə hasilat həcmlərinin azalması və Cənub-Şərqi Asiyada alıcılar tərəfindən sabit tələbin olması nəticəsində mart ayında bitki yağının qiymət indeksi illik maksimuma çatıb. Öz növbəsində, pendir və yağın qlobal qiymətlərinin artması fonunda süd məhsullarının qlobal qiymətləri ardıcıl olaraq altıncı aydır ki, yüksəlir. Eyni zamanda, ət seqmentində analitiklər bütün növ məhsullar üzrə qiymət artımını qeyd ediblər.

Bundan əvvəl Potsdam İqlim Dəyişiklikləri Tədqiqatları İnstitutunun əməkdaşları qlobal istiləşmə ilə əlaqədar dünya ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırmışdılar. Alimlərin fikrincə, hava fəlakətləri kənd təsərrüfatı müəssisələrinin mənfəətinə zərbə vuracaq və bu da bütün dünyada inflyasiyanın artmasına səbəb ola bilər. Eyni zamanda Afrika və Cənubi Amerika ölkələri də ciddi problemlərlə üzləşəcək.]]>
kanal Fri, 05 Apr 2024 18:26:31 +0400
Azərbaycanda şok bahalaşma - Aprel ayına qədər... https://kanal1.az/2024/01/08/azrbaycanda-ok-bahalama-aprel-ayna-qdr.html https://kanal1.az/2024/01/08/azrbaycanda-ok-bahalama-aprel-ayna-qdr.html Azərbaycanda şok bahalaşma - Aprel ayına qədər...




Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək:

"Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq".

Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib:

"Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür".

A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".]]>
kanal Mon, 08 Jan 2024 08:25:16 +0400
2023-cü ilin iqtisadi yekunu: 2024-cü ildə nələr gözlənilir? https://kanal1.az/2023/12/23/2023-c-ilin-iqtisadi-yekunu-2024-c-ild-nlr-gzlnilir.html https://kanal1.az/2023/12/23/2023-c-ilin-iqtisadi-yekunu-2024-c-ild-nlr-gzlnilir.html 2023-cü ilin iqtisadi yekunu: 2024-cü ildə nələr gözlənilir?


Artıq 2023-cü ilin son günlərini yaşayırıq. Hər bir il kimi, bu il də həm uğurları, həm də uğursuzluqları ilə yadda qalacaq. Lakin iqtisadi cəhətdən ölkəmiz üçün 2023-cü il 2022-ci ildən bir az da yaxşı il oldu desək, yanılmarıq.

Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ildən sonra keçən hər il ölkəmiz üçün bir az daha uğurlu olub. İqtisadi göstəricilər artıb, əhalinin gəlirləri yüksəlib, dayanıqlılıq möhkəmlənib və s.

Başlayaq ölkə başçısının 5 yanvar 2023-cü il tarixli sərəncamından. Yanvarın 1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı.

2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qalmışdı. Həmin ildə qeyd olunan göstəricilər üzrə iki sosial paket həyata keçirilmişdi. Üçüncü sosial paketin icrasına isə ötən il, yəni 2022-ci ildə başlanılmışdı. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırılmışdı.

Prezidentin 5 yanvar 2023-cü ili sərəncamı sayca dördüncü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu.

Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi.

Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa bu, əhalinin sosial ehtiyacları üçün xərclənəcək. İkinci ən mühüm məsələ isə inflyasiya, qiymətlərin bahalaşması məsələsidir. 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil etdi. Bu, o demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı.
Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz edilirdisə, baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də qeyd etdiyim kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi.

Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. Belə ki, 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb.
Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Ancaq bir nüans var ki, qlobal məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.

Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da..

Ölkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.

Ötən ilin yekununda artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın bu ildəkindən çox təşkil etməsi ilə əlaqədar idi.

Cari ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318 milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil etmişdi.

Ölkədə maliyyə sektorundakı vəziyyətə gəldikdə, manat möhkəmlənməyə doğru meyil etsə də, sabit qalıb. Tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 12,5%-i) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib.

Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək 1,4 milyard ABŞ dolları alış edib. Ona görə də, adıçəkilən qurumun valyuta ehtiyatları 20,3% artaraq 10,8 milyard ABŞ dollarını keçib.

İlin müxtəlif dövrlərində iki bank müflis elan edildi. Hazırda isə 23 bank fəaliyyət göstərməkdədir. Lakin Azərbaycan Mərkəzi Bankının makroiqtisadi və maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli bütün seqmentlər üzrə müsbət inkişaf etdirilib.

Bütün bunlardan əlavə 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesində xüsusi önəm daşıyıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizə 186 ölkədən 1 893 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hərçənd ki, 2020-ci ildə pandemiya bu sektora çox böyük ziyan vurmuşdu.

Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi ki, bunların 2 milyon 863 min 500 nəfərini də sırf turizm məqsədilə gələnlər idi.

2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən də, Yaxın Şərq ölkələrindən gələnlərin hesabına.

Odur ki, bərpa prosesini inkişaf etdirmək lazımdır. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7%-i hava, 27%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Cari il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az da sadalamaq olar. İstər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə, istər ölkəmizin qaz ixracı potensialını gerçəkləşdirmə imkanlarının reallaşdırılması istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar və sairlə bağlı nailiyyətlər bura daxildir.

Yeri gəlmişkən, işğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının "Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı isə qeyd edib ki, növbəti il ərzinə Qarabağda yenidənqurma işlərinə ən az 2,4 milyard dollar vəsaitin xərclənəcəyi nəzərdə tutulur.

Tezliklə 2024-cü ilə qədəm qoyacağıq. Yeni ilin ölkəmizə hansı sürprizlər bəxş edəcəyi maraq doğurur. Əhalini düşündürən əsas suallar isə odur ki, inflyasiya və bahalaşma səngiməkdə davam edəcəkmi? Əməkhaqları və pensiyalar artırılacaqmı? İqtisadiyyat artacaqmı? Neftin dünya bazar qiymətləri ölkəmiz üçün mənfi sürprizlər yaratmayacaq ki?

Proqnozlar isə belədir:

1. Gələn il ərzində ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməməlidir;
2. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb;
3. Neftin qiyməti, ümumiyyətlə, hər hansı şok xarici təsirlər yaşanmayacaq;
4. 2024-cü ildə bu ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.]]>
kanal Sat, 23 Dec 2023 12:03:40 +0400
Kredit, yoxsa sələmçilik? – Rayonlarda kredit faizləri “əl yandırır“ https://kanal1.az/2023/12/21/kredit-yoxsa-slmilik-rayonlarda-kredit-faizlri-l-yandrr.html https://kanal1.az/2023/12/21/kredit-yoxsa-slmilik-rayonlarda-kredit-faizlri-l-yandrr.html Kredit, yoxsa sələmçilik? – Rayonlarda kredit faizləri “əl yandırır“

 

Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır.

"Bu xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyluşlarının artırılmasına əngəl olur”, – o əlavə edib.

İqtisadçının sözlərinə görə, Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır: "Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər”.

Deputat hesab edir ki, kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir.

"Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”, – o qeyd edib.

]]>
kanal Thu, 21 Dec 2023 08:20:45 +0400
Azərbaycanda dollara tələbat niyə artır? - VİDEO https://kanal1.az/2023/12/13/azrbaycanda-dollara-tlbat-niy-artr-vdeo.html https://kanal1.az/2023/12/13/azrbaycanda-dollara-tlbat-niy-artr-vdeo.html Azərbaycanda dollara tələbat niyə artır? - VİDEO

Son dövrlərdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarında ABŞ dollarına tələbatın artması müşahidə edilir.

Belə ki, sentyabrda 259,8 milyon dollar satılmışdısa, oktyabrda bu göstərici 291,8, noyabrda isə 427 milyona yüksəlib.

Dekabrın beşində keçirilən valyuta hərracında isə tələb 95,1 milyon ABŞ dolları təşkil edib ki, bu da son illərdə qeydə alınan ən yüksək göstərici olub.

O zaman sual yaranır, xarici valyutaya tələbin artması manatın məzənnəsi üçün təhlükə yarada bilərmi?

İqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkənin valyuta ehtiyatları, neftin qiyməti və valyuta çıxışı kanallarının nəzarətdə olması manatın məzənnəsinin qorunmasına imkan verir.

Bu baxımdan hazırda milli valyutanın ucuzlaşması gözlənilmir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
]]>
kanal Wed, 13 Dec 2023 09:48:28 +0400
Türk lirəsi KƏSKİN UCUZLAŞDI https://kanal1.az/2023/11/08/trk-lirsi-kskn-ucuzladi.html https://kanal1.az/2023/11/08/trk-lirsi-kskn-ucuzladi.html Türk lirəsi KƏSKİN UCUZLAŞDI



Noyabrın 7-də keçirilən ticarət zamanı türk lirəsi 1 dollar üçün 28,6 lirəyə kimi ucuzlaşıb.

Publika.az xəbər verir ki, bunu "Forex" platformasındakı ticarət məlumatları sübut edir.

Məlumata görə, ən aşağı həddə isə lirənin məzənnəsi 28,64-ə qədər geriləyib. Lirə bir dollar üçün 28,5-ə kimi möhkəmlənə bilib. İlin əvvəlindən lirə yarıdan çox dəyərini itirib.

Mərkəzi Bankın əsas faiz dərəcəsini 35%-ə qaldırmasına baxmayaraq, Türkiyədə inflyasiya ilin sonuna kimi 68%-ə çata bilər. Müqayisə üçün: 2022-ci ildə 85% idi. Lirə ilə yanaşı, 2023-cü ildə ən pis nəticə göstərən inkişaf etməkdə olan bazar valyutalarından bəziləri Rusiya rublu və Argentina pesosu olub.]]>
kanal Wed, 08 Nov 2023 12:40:56 +0400
Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA https://kanal1.az/2023/09/23/marketlrd-mhsullar-ucuzlaa-bilr-aiqlama.html https://kanal1.az/2023/09/23/marketlrd-mhsullar-ucuzlaa-bilr-aiqlama.html Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA



"Gözləntimiz ondan ibarətdir ki, Rəqabət Məcəlləsi qəbul və icra olunduqdan sonra bir sıra məhsulların qiymətlərinin optimallaşdırılmasını, hətta ucuzlaşmasını müşahidə edə bilərik”.

Bunu "Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin Azərbaycanda qəbul edilməsi vacib idi.

"Rəqabət Məcəlləsi həm bazarın tənzimlənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir və bu, bütövlükdə bazarda monopoliyanın minimallaşdırılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradacaq.

Monitorinqlər də göstərir ki, istehlak bazrında bəzi məhsullar üzrə süni qiymətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və monopoliyanın minimallaşdırılmasını özündə ehtiva edir. Bu da təbii ki, bazara giriş imkanlarının artırılması, rəqabtin gücləndirilməsi, fərqli və ya oxşar məhsulların fərqli şirkətlər tərəfindən fərqli qiymtlərlə təqdim olunmasına imkan yaradacaq”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.]]>
kanal Sat, 23 Sep 2023 09:39:40 +0400
Azərbaycanda əmlaka görə 17 milyon manat ƏDV məbləği geri qaytarılıb - VİDEO https://kanal1.az/2023/09/23/azrbaycanda-mlaka-gr-17-milyon-manat-dv-mbli-geri-qaytarlb-vdeo.html https://kanal1.az/2023/09/23/azrbaycanda-mlaka-gr-17-milyon-manat-dv-mbli-geri-qaytarlb-vdeo.html Azərbaycanda əmlaka görə 17 milyon manat ƏDV məbləği geri qaytarılıb - VİDEO


Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Bundan başqa, qurum bəyan edib ki, vətəndaşların aldığı əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və yaxud hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.

Bu səbəbdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı inzibatçılıqda müvafiq dəyişiklik edilib. Artıq vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual "ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual "ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.

]]>
kanal Sat, 23 Sep 2023 09:38:03 +0400
Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO https://kanal1.az/2023/09/22/od-tutub-yanan-qzl-qiymtlri-artm-davam-edck-vdeo.html https://kanal1.az/2023/09/22/od-tutub-yanan-qzl-qiymtlri-artm-davam-edck-vdeo.html Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO


Qızılın qiymətində artım müşahidə olunur.

Satıcılar deyirlər ki, qızıl və brilyantın qiymətindəki artım alıcı sayına da təsir edib.

Alıcılar arasında isə vəziyyətlə barışıb alış-veriş edənlər də var, kəllə-çarxa qalxan qiymətləri eşidən kimi baş götürüb qaçanlar da.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, qiymətləri dünya bazarı tənzimləyir. Qızılın qiymətinin qalxması isə birjadakı artımla əlaqədardır.

Mütəxəssislər hesab edirlər ki, hələ bir müddət də qızılın bahalaşmasının artan şkala ilə davam edəcəyi gözlənilir.

Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

]]>
kanal Fri, 22 Sep 2023 08:56:31 +0400