İdman - Kanal1.az https://kanal1.az/ tr İdman - Kanal1.az DataLife Engine Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib https://kanal1.az/2024/04/13/azrbaycann-iki-boksusu-avropa-empionatnn-finalna-ykslib.html https://kanal1.az/2024/04/13/azrbaycann-iki-boksusu-avropa-empionatnn-finalna-ykslib.html Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib


Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib.

Oxu.Az xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə başa vurublar.

48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.]]>
kanal Sat, 13 Apr 2024 08:40:55 +0400
Avropa nəhəngi “Qarabağ”ın qapısını döydü - Qurbanov üçün 5 milyon avro təklif edildi? https://kanal1.az/2024/03/12/avropa-nhngi-qaraban-qapsn-dyd-qurbanov-n-5-milyon-avro-tklif-edildi.html https://kanal1.az/2024/03/12/avropa-nhngi-qaraban-qapsn-dyd-qurbanov-n-5-milyon-avro-tklif-edildi.html Avropa nəhəngi “Qarabağ”ın qapısını döydü - Qurbanov üçün 5 milyon avro təklif edildi?




"Latsio" üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.

Publika.az xəbər verir ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər.

"Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.

Qeyd edək ki, İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb. (supersport.az)]]>
kanal Tue, 12 Mar 2024 08:34:49 +0400
Avropa çempionatı: Daha 4 güləşçimiz medal qazandı https://kanal1.az/2024/02/19/avropa-empionat-daha-4-glimiz-medal-qazand.html https://kanal1.az/2024/02/19/avropa-empionat-daha-4-glimiz-medal-qazand.html Avropa çempionatı: Daha 4 güləşçimiz medal qazandı

 

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Turantv.az xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.

Xatırladaq ki, daha öncə güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə ediblər.

Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) isə bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.

]]>
kanal Mon, 19 Feb 2024 08:34:56 +0400
“Qarabağ” legioner futbolçusu ilə müqaviləni yenilədi https://kanal1.az/2024/02/03/qaraba-legioner-futbolusu-il-mqavilni-yenildi.html https://kanal1.az/2024/02/03/qaraba-legioner-futbolusu-il-mqavilni-yenildi.html “Qarabağ” legioner futbolçusu ilə müqaviləni yenilədi




"Qarabağ” klubu futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib.

Klubdan Publika.az-a verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi ilə sözləşmə 2027-ci ilin iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "köhlən atlar"ın formasını geyinir. L. Andrade "Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro "Qarabağ”ın heyətində iki dəfə (2021-22, 2022-23) Azərbaycan çempionu, bir dəfə (2021-22) ölkə kubokunun qalibi olub.]]>
kanal Sat, 03 Feb 2024 12:03:54 +0400
EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq https://kanal1.az/2024/01/04/eevza-azrbaycan-millisi-ikinci-oyununa-xacaq.html https://kanal1.az/2024/01/04/eevza-azrbaycan-millisi-ikinci-oyununa-xacaq.html EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq


20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.

"Report” xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.]]>
kanal Thu, 04 Jan 2024 10:07:32 +0400
Azərbaycan cüdoçuları dünya çempionatında 11 medal qazanıblar https://kanal1.az/2023/11/04/azrbaycan-cdoular-dnya-empionatnda-11-medal-qazanblar.html https://kanal1.az/2023/11/04/azrbaycan-cdoular-dnya-empionatnda-11-medal-qazanblar.html Azərbaycan cüdoçuları dünya çempionatında 11 medal qazanıblar


Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə veteranlar arasında keçirilən dünya çempionatında 11 medal qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, təmsilçilərimiz 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər.

Azərbaycan millisi mundialı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci pillədə başa vurub.]]>
kanal Sat, 04 Nov 2023 08:37:55 +0400
Azərbaycanlı şahmatçı gənclər arasında dünya çempionu oldu https://kanal1.az/2023/10/13/azrbaycanl-ahmat-gnclr-arasnda-dnya-empionu-oldu.html https://kanal1.az/2023/10/13/azrbaycanl-ahmat-gnclr-arasnda-dnya-empionu-oldu.html Azərbaycanlı şahmatçı gənclər arasında dünya çempionu oldu


İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.

Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.]]>
kanal Fri, 13 Oct 2023 12:13:57 +0400
Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında dünya çempionu oldu https://kanal1.az/2023/09/25/yunan-roma-gli-zr-millimiz-komanda-hesabnda-dnya-empionu-oldu.html https://kanal1.az/2023/09/25/yunan-roma-gli-zr-millimiz-komanda-hesabnda-dnya-empionu-oldu.html Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub. Yunan-Roma güləşi üzrə millimiz tarixi uğura imza atıb.

Oxu.Az xəbər verir ki, iki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Qeyd edək ki, daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında ikinci yeri tutmuşdu.

Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıblar. Komandamız 67 və 77 kq-da Olimpiadaya lisenziya qazanıb.]]>
kanal Mon, 25 Sep 2023 10:38:26 +0400
Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm” https://kanal1.az/2023/09/23/nc-df-dnya-empionu-olan-eldniz-zizli-medalm-btn-azrbaycan-hrbilrin-hsr-edirm.html https://kanal1.az/2023/09/23/nc-df-dnya-empionu-olan-eldniz-zizli-medalm-btn-azrbaycan-hrbilrin-hsr-edirm.html Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”



Karyerasında üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli uğuru barədə danışıb.

Oxu.Az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda fəxri kürsünün ən yüksək pilləsinə qalxan və titulunu qoruyan yunan-Roma güləşçimiz Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında qələbəsini hərbçilərimizə həsr etdiyini söyləyib:

"Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən üçüncü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından üç dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam”.]]>
kanal Sat, 23 Sep 2023 09:35:58 +0400
Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər https://kanal1.az/2023/09/12/avropa-empionatnda-uur-qazanan-gnc-cdoular-vtn-dnblr.html https://kanal1.az/2023/09/12/avropa-empionatnda-uur-qazanan-gnc-cdoular-vtn-dnblr.html Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

"Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını altı medalla başa vurublar.]]>
kanal Tue, 12 Sep 2023 09:40:04 +0400